Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin sədri Sumqayıtda vətəndaşları qəbul etmişdir

  •            Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin  insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq 18 aprel 2019-cu ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Sumqayıt şəhərində vətəndaşların qəbulunu keçirmişdir.

    Davamı ...

Ali Məhkəmədə Mətbuat konfransı keçirilmişdir

  • 17 aprel 2019-cu ildə Ali Məhkəmədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2018-ci ildə fəaliyyətinin yekunları ilə əlaqədar Mətbuat konfransı keçirilmişdir. Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək bu Fərmanın əhəmiyyətindən danışmışdır.

    Davamı ...

Ali Məhkəməsinin Plenumu 12.04.2019

  • 12 aprel 2019-cu ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

    Davamı ...

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev 18 aprel 2019-cu ildə Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

  • Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev tərəfindən aprelin 18-də Sumqayıt şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.

    Vətəndaşların qəbulu Sumqayıt Apellyasiya Məhkəməsində (ünvan: Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) saat 10:00 başlanacaq. Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

    Davamı ...

Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn vəzifələrin icrasının təşkili ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsində 4 aprel 2019-cu il tarixdə Ramiz Rzayevin sədriliyi ilə geniş müşavirə keçirilmişdir.

Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş məhkəmə müsabiqəsinin final mərhələsi keçirilmişdir

  • Bu gün Azərbaycan Respublikasının Ali Məhkəməsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşkilatçılığı ilə Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş VIII Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi keçirilmişdir.

    Davamı ...

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

  • 15 fevral 2019-cu ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

    Davamı ...

Ali Məhkəmədə könüllülərin qeydiyyatı aparılır

  • 2019-cu ilin fevralından Azərbaycan Respublikası Ali Məhkəməsində fəaliyyət göstərəcək könüllülərin qeydiyyatına başlanılıb.

    Davamı ...

Səudiyyə Ərəbistanı ilə uğurlu əməkdaşlıq edilir

  • Səudiyyə Ərəbistanı ədliyyə nazirinin dəvətinə əsasən Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev və Ədliyyə Nazirliyinin məsul şəxslərindən ibarət nümayəndə heyəti 2019-cu il yanvarın 27-31-də Səudiyyə Ərəbistanı Krallığında səfərdə olmuşlar.

    Davamı ...

Ali Məhkəmənin sədri Strasburqda səfərdə olmuşdur

  • Ali Məhkəmənin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il yanvar ayının 25-də Avropa İnsan Hüquqları Məhkəməsinin dəvətinə əsasən yüksək məhkəmə orqanlarının sədr və hakimlərinin iştirakı ilə Fransanın Strasburq şəhərində məhkəmə ilinin açılışına həsr olunmuş təntənəli tədbirdə və “Məhkəmə hakimiyyətinin etimadının gücləndirilməsi” mövzusunda keçirilən iclasda iştirak etmişdir.

    Davamı ...