


2021-ci il mayın 20-də Ali Məhkəmədə ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Davamı ...
2021-ci il mayın 16-da Azərbaycan Respublikasının Ali Məhkəməsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Avropa Hüquqşünas Tələbələri Assosiasiyasının (ELSA Azərbaycan) birgə təşkilatçılığı ilə Milli Məhkəmə Müsabiqəsinin X buraxılışının final mərhələsi baş tutmuşdur.
Davamı ...
2021-ci il mayın 8-də Ali Məhkəmədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar yığıncaq keçirilmişdir.
Davamı ...
2021-ci il aprelin 30-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu olmuşdur.
Davamı ...
Aprelin 8-də Türkiyə Respublikasının ölkəmizdə diplomatik fəaliyyəti başa çatan səfiri Erkan Özoral Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Davamı ...
Martın 12-də Azərbaycan Respublikası Ali Məhkəməsinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Hakim və vəkil, prosessual və qeyri-prosessual münasibətlər” mövzusunda videokonfrans formatında dəyirmi masa keçirilmişdir. Ali Məhkəmənin sədr müavini, Vəkillər Kollegiyasının sədri, Ali Məhkəmənin kollegiya sədrləri və 30-dan artıq vəkilin iştirak etdiyi dəyirmi masada hakimlər və vəkillər arasında qarşılıqlı prosessual münasibətlər, bu sahədə rast gəlinən problemlər geniş təhlil olunmuşdur.
Davamı ...
Azərbaycan Respublikası Prezidentinin “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin” təsdiq edilməsi barədə” 2020-ci il 1 iyun tarixli Fərmanının 3-cü bəndində Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlərin görülməsi tövsiyə edilmişdir.
Davamı ...
Mülki hüquq qaydaları (o cümlədən əqdin etibarsızlığına dair normalar) tətbiq edilərkən məsələyə formal mülahizələrlə yanaşılmamalı, tərəflərin münasibətlərinin həqiqi xarakteri, bu münasibətlərə tətbiq edilən qaydaların məqsədi və şərtləri, o cümlədən mülki qanunvericiliyin əsas prinsipləri nəzərə alınmalıdır
Davamı ...