Azərbaycan Respublikası Ali Məhkəməsi

Xəbərlər
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqda səfərdə olmuşdur
  • 2022-ci il iyunun 24-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Fransa Respublikasının Strasburq şəhərində keçirilən “Pandemiya dövründə insan hüquqlarının müdafiəsi: yeni çağırışlar və yeni perspektivlər” adlı seminarda və məhkəmə ilinin açılışına həsr olunmuş mərasimdə iştirak etmişdir.

Avropa Şurasının strukturları ilə səmərəli əməkdaşlıq edilir
  • Ölkəmiz Avropa Şurası və onun struktur qurumları, o cümlədən həm üzv, həm də Avropadan kənar 50-dən çox dövlətlərə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə dəstək göstərən və ədliyyə sisteminin inkişafına əhəmiyyətli töhfələr verən Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) ilə uzun illərdir sıx əməkdaşlıq edir.

Ali Məhkəmənin sədri Zaqatala rayonunda vətəndaşları qəbul edib
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyun 17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Zaqatala rayonunda Zaqatala, Qax və Balakən, eləcə də digər rayonlardan olan vətəndaşları qəbul edib.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun üzvləri ilə görüşüb
  • 2022-ci il iyunun 17-də Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov ölkəmizdə səfərdə olan Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun sədri, İsveçin Avropa Şurası yanında daimi nümayəndəsi Martin Ehnberqin başçılıq etdiyi Türkiyə, Estoniya və Finlandiyanın Avropa Şurası yanında daimi nümayəndəliklərinin rəhbərlərindən ibarət nümayəndə heyətilə görüşüb.

İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqinə həsr olunmuş konfrans keçirilib
  • 2022-ci il 16 iyun tarixində Bakı şəhərində Avropa Şurasının Bakı ofisinin təşkilatçılığı ilə “İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqi: Hüquqi aspektlər və çağırışlar” mövzusunda konfrans keçirilmişdir.

Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsi imkanını aradan qaldıran Mülki və Kommersiya kollegiyalarının birgə qərardadı qəbul edilmişdir.
  • Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardad

Ali Məhkəmənin sədri Zaqatalada vətəndaşları qəbul edəcək
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev iyunun 17-də Zaqatala rayonunda Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana işgüzar səfər edib
  • 2022-ci il mayın 30-dan iyunun 2-dək Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar səfərdə olub.

“Landau school” təhsil müəssisəsinin şagirdləri Azərbaycan Respublikası Ali Məhkəməsində olmuşlar
  • Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 2022-ci il 1-2 iyun tarixlərində Azərbaycan Respublikası Ali Məhkəməsi “Landau school” təhsil müəssisəsinin şagirdləri üçün öz qapılarını açmışdır.

Ali Məhkəmə və Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
  • 2022-ci il mayın 26-da Ali Məhkəmədə  Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında hüquq sahəsində nəzəri və təcrübi biliklərin artırılmasına dair birgə Əməkdaşlıq haqqında Anlaşma  Memorandumunun imzalanma mərasimi keçirilib.

Ali Məhkəmədə 11-ci Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi keçirilib
  • 2022-ci il 21 may tarixində Azərbaycan Respublikası Ali Məhkəməsində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə həyata keçirilən Milli Məhkəmə Müsabiqəsinin XI buraxılışının final mərhələsi keçirilib.

Ali Məhkəmənin sədri Masallı rayonunda vətəndaşları qəbul edib
  • Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə baxılması, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən daim diqqətdə saxlanılır.

Ali Məhkəmə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Çex Respublikasına səfər etmişdir
  • 2022-ci il mayın 16-17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çex Respublikasının Praqa şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin 12-ci konfransında iştirak etmişdir.

Ali Məhkəmənin sədri Masallıda vətəndaşları qəbul edəcək
  • Vətəndaşların nəzərinə!

    Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev mayın 20-də Masallı rayonunda Masallı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Ali Məhkəmədə cəzaların təyin edilməsi və qətimkan tədbirlərinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsi müzakirə edilib
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin sədrliyi ilə ölkə üzrə apellyasiya və ağır cinayətlər məhkəmələrinin, həmçinin bir sıra birinci instansiya məhkəmələrinin rəhbərlərinin iştirakı ilə iclas keçirilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov Türkiyədə səfərdədir
  • 2022-ci il mayın 10-12-də Türkiyə Respublikasının Ankara şəhərində Türkiyə Respublikası Ali İnzibati Məhkəməsinin (Danıştay) yaradılmasının 154-cü ildönümü ilə bağlı tədbir keçirilir.

Ulu öndərin anadan olmasının 99-cu ildönümü Ali Məhkəmədə qeyd edilmişdir
  • 2022-ci il mayın 10-da  Azərbaycan Respublikası Ali Məhkəməsində Ulu öndər  Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar yığıncaq keçirilmişdir. 

    Tədbirdə  Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin şərəfli ömür yolundan, Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışmışdır. 

Ali Məhkəmənin sədr müavinin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada rəsmi səfərdə olmuşdur
  • 2022-ci il aprelin 27-28-də Almaniya Federativ Respublikasının Vismar şəhərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində inzibati məhkəmə icraatının inkişafı” mövzusunda konfrans keçirilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Sənan Hacıyev Portuqaliyada səfərdədir
  • 2022-ci il aprelin 28-də Portuqaliyanın Porto şəhərində Avropa Hakimlər Assosiyasiyasının illik toplantısı, eyni zamanda "Məhkəmə dürüstlüyü, şəffaflığın artlrılması və məhkəməyə inamın gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatı
  • Azərbaycan Respublikasında məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsinin icrası istiqamətində görülən işlərin davamı olaraq Mülki Prosessual Məcəllənin 418-1-ci maddəsində təsbit edilmiş mexanizmə növbəti dəfə müraciət edilmişdir.

Ali Məhkəmənin sədri Şamaxı rayonunda vətəndaşları qəbul edib
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, aprelin 1-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Şamaxı rayonunda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Ali Məhkəmənin sədri Şamaxı rayonunda vətəndaşları qəbul edəcək
  • Vətəndaşların nəzərinə!

    Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev aprelin 1-də Şamaxı rayonunda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Ali Məhkəmənin sədri Quba rayonunda vətəndaşları qəbul edib
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 18-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Quba rayonunda Quba və Qusar rayonlarından olan  vətəndaşları qəbul edib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Səyyad Kərimov Qazaxıstan Respublikasında səfərdə olmuşdur
  • 2022-ci il martın 14-15-də Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının hakimi Səyyad Kərimov Qazaxıstan Respublikasında inzibati məhkəmə sahəsində keçirilən bir sıra tədbirlərdə iştirak etmişdir. Səfər çərçivəsində Səyyad Kərimov Nur-Sultan şəhərinin Ixtisaslaşmış rayonlararası İnzibati Məhkəməsində (İRİM) və Qazaxıstan Respublikası Ədliyyə Nazirliyində olmuşdur.

Ali Məhkəmənin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
  • Vətəndaşların nəzərinə!

    Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev martın 18-də Quba rayonunda Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.