Azərbaycan Respublikası Ali Məhkəməsi

Foto Qalereya
Özbəkistanın Baş Prokuroru Ali Məhkəmədə olmuşdur
  • 2011-ci  il mayın 3-də  ölkəmizdə səfərdə olan Özbəkistan  Respublikasının Baş Prokuroru Rəşidjon Kadırovun  başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

Gürcüstan Respublikasının Ədliyyə Naziri - Baş Prokuroru Zurab Adeişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş
  • 2011-ci il aprelin 29-da ölkəmizdə səfərdə olan Gürcüstan  Respublikasının Ədliyyə Naziri - Baş Prokuroru Zurab Adeişvilinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

Litva Respublikasının Baş Prokuroru Darius Valis və Litvanın Xüsusi İstintaq Xidmətinin baş direktoru Zimantas Paseviçius ilə görüş
  • 2011-ci il aprelin 27-də  ölkəmizdə səfərdə olan  Litva Respublikasının Baş Prokuroru Darius  Valis və Litvanın Xüsusi İstintaq Xidmətinin baş direktoru  Zimantas  Paseviçius Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.

Mərakeşin Ədliyyə nazirinin başçiliq etdiyi nümayəndə heyəti Ali məhkəmədə olmuşdur
  • 2011-ci il martın 18-də  ölkəmizdə səfərdə olan Mərakeşin Ədliyyə naziri Məhəmməd Nəsirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
    Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonağa məlumat vermişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu . 29 oktyabr 2009-cu il
  • 29 oktyabr 2009-cu ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti  Plenumu keçirilmişdir.

ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel Ali Məhkəmədə. 22 oktyabr 2009-cu il
  • 2009-cu il oktyabrın 22-də Azərbaycan Respublikası Ali Məhkəməsində ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

Slovakiya respublikası Konstitutsiya məhkəməsinin sədri xanım İveta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş. 6 oktyabr 2009-cu il
  • 2009-cu il oktyabrın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsində ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İveta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Türkiyə(TBMM) Böyük Millət məclisinin sədri Mehmet Ali Şahinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin yeni inzibati binasında olmuşdur 29 sentyabr 2009-cu il
  • Türkdilli ölkələrin Parlament Assambleyasının sammitində iştirak etmək üçün Azərbaycana rəsmi səfərə gəlmiş Türkiyə (TBMM)  Böyük Millət Məclisinin sədri Mehmet Ali Şahinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 29-da Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni inzibati binasında olmuşdur.

Türkiyə Respublikası Ali Hərbi Məhkəməsinin sədri Ahmet Alkışın başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə . 26 may 2009-cu il
  • 2009-cu il mayın 26-da Azərbaycan Respublikası Ali Məhkəməsində Türkiyə Respublikası Ali Hərbi Məhkəməsinin sədri Ahmet Alkışın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
     
    Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanla Türkiyə arasında qədim tarixi ənənələrə malik əlaqələrin mövcud olduğunu, bu əlaqələrin ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini bildirmişdir.
Gürcüstan Respublikasının prezidenti Mixail Saakaşvili Ali Məhkəmənin yeni inzibati binası ilə tanış olur. 21 may 2009-cu il
  • Gürcüstan Respublikasının prezidenti Mixail Saakaşvili Ali Məhkəmənin yeni inzibati binası ilə tanış olur. 21 may 2009-cu il