Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu 15.11.2013
  •         15 noyabr 2013-cü ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.
            Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki,  rerspublikamızda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması halları artmışdır. Yol nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması və bu hadisələrlə bağlı sui-istifadə hallarının qarşısının alınması   məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev 2012-ci il dekabrın 26-da “Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” xüsusi Sərəncam imzalamışdır. Sərəncama əsasən yol nəqliyyat hadisələrinin sərxoş halda, nəqliyyat vasitələrini idarə etmək hüquqi məhdudlaşdırılmış və ya belə hüquqi olmayan şəxs tərəfindən törədilməsi ağır nəticələrə səbəb olduğu hallarda cinayət məsuliyyətinin sərtləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, yol- nəqliyyat hadisələrinin törədilməsinə səbəb olan və ya şərait yaradan halların aradan qaldırılması üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinin təmin edilməsi dövlət orqanları qarşısında təxirə salınmaz vəzifələr kimi qoyulmuşdur.   O cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinə tövsiyyə edilmişdir ki,  məhkəmə orqanları tərəfindən yol-nəqliyyat hadisələrinə dair işlərə baxılması ilə əlaqədar mövcud məhkəmə təcrübəsi ümumiləşdirilsin və bu kateqoriyadan olan işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə təcrübəsi formalaşdırılsın.
            Plenumda  “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” məsələ geniş müzakirə olunmuş,  təhlillər aparılmışdır.
                 Müəyyən edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri məhkəmələr tərəfindən, əsasən, qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilir. Bununla yanaşı, məhkəmə təcrübəsində bu növ cinayət işləri üzrə istər faktların müəyyən edilməsi, istərsə də hüququn tətbiqi məsələlərində bəzi səhvlərə yol verilir.
               Plenumda məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqində yol verilən səhvləri aradan qaldırmaq, qanunun eyni qaydada tətbiqini təmin etmək, bu sahədə vahid məhkəmə təcrübəsi yaratmaq məqsədilə müvafiq qərar qəbul edilmişdir.
                  Plenumda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verilməsi qərara alınmışdır.
            Plenumda konkret cinayət və müki işlərə də baxılmışdır.
            Plenum  baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
            Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov, Baş Prokuror Zakir Qaralov, Daxili İşlər naziri Ramil Usubov və Prezident Administrasiyası Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov iştirak etmişlər.  
     

     
    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
    15 noyabr 2013-cü il tarixli iclasında baxılmış 
     cinayət və mülki iş üzrə
    M Ə L U M A T
     
              1.Rizvanov Sarvan Səməd oğlunun Yasamal rayon Prokurorunun müavini Cavid Quliyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 dekabr 2005-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə materiala İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 17 aprel 2012-ci il tarixli qərarı əsasında baxılmış, şikayət üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 08 fevral 2006-cı il tarixli qərarı ləğv edilərək işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
    2.Abdulqədirov Rizvan Məmməd oğlunun Azərbaycan Respublikası CM-nin 228.1 -ci maddəsi ilə məhkum olunmasına dair cinayət işinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 20 iyun 2013-cü il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 29 noyabr 2005-ci il tarixli qərarı və onunla bağlı Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 22 mart 2005-ci il tarixli ilkin baxış və 29 mart 2005-ci il tarixli yekun baxış qərarlarının Abdulqədirov Rizvan Məmməd oğluna dair hissədə ləğv edilməsi, cinayət işinin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
    3.İnsanov Əli Binnət oğlunun Azərbaycan Respublikası CM-nin 179.3.2, 306.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə məhkum olunmasına dair cinayət işinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin14 mart 2013-cü il qərarıəsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 16 yanvar 2008-ci il tarixli qərarının və Bakı Apellyasiya Məhkəməsinin Cinayət İşləri və İnzibati Xətalara dair İşlər üzrə Məhkəmə Kollegiyasının 21 sentyabr 2007-ci il tarixli qərarınınƏ.B.İnsanov barəsində ləğv edilməsi, cinayət işinin ləğv olunmuş hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
    4.Ərizəçi İnsanov Əli Binnət oğlunun cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirinin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin hərəkətindən (hərəkətsizliyindən) şikayətə dair mülki işə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin14 mart 2013-cü il  qərarıəsasında baxılmış, mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 03 iyun 2008-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın 05 fevral 2008-ci il tarixli qətnaməsinin ləğv edilməsı, işinapellyasiya instansiyası məhkəməsinə yenindən baxılması üçün göndərilməsi qərara alınmışdır.
    5.İddiaçı Şahverdiyeva Məlahət Babulla qızının cavabdehlər “Azərbaycan Sənaye Bankı” Açıq Səhmdar Cəmiyyətinə, İbrahimov İbrahim Mustafa oğluna və Bakı şəhəri 46 saylı dövlət notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab olunması və mənzilin ipoteka girovundan azad edilməsi tələbinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2013-cü il tarixli qərarı əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 24 fevral 2012-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi MK-nın 19 oktyabr 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
    6.İddiaçı Yəhyazadə Rəfael Seyfulla oğlunun cavabdehlər Göyçay rayon Dövlət Notariat Kontoruna və Yəhyazadə Azad Azər oğluna qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 iyul 2013-cü il tarixli qərarı əsasında baxılmış,Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni açılmış hallar üzrə yenidən baxılmasına dair  məhkəmə tərkibinin 17 oktyabr 2012-ci il tarixli qərardadının ləğv edilməsi, ərizəyə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibində yenidən baxılması qərara alınmışdır._
    7.İddiaçı Əsədullayeva Mətanət Mikayil qızının cavabdeh Babayeva Samirə Fərrux qızına qarşı onun ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə Əsədullayeva Mətanət Mikayıl qızının qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 03 dekabr 2004-cü il tarixli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 06 noyabr 2007-ci il tarixli qərarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi Plenumun baxışından çıxarılaraq özünə qaytarılması qərara alınmışdır.
     8. İddiaçı İbrahimova Aybəniz İsbəndiyar qızının cavabdehlər İsmayılov Qəribağa Allahverdi oğlu və İsmayılov Əsgərağa Allahverdi oğluna qarşı birgə mülkiyyətdə olan mənzilin bölünməsi və mənzil kirayəsindən əldə edilən gəlirin yarısının tələb edilməsinə dair mülki işə İsmayılov Əsgərağa Allahverdi oğlunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, ərizənin təmin edilməməsiqərara alınmışdır.
    9.İddiaçı Cəfərov Təbəgül Qulu oğlunun cavabdeh İbadov Məhəbbət Qubad oğluna qarşı həyətyanı torpaq sahəsindən keçən yolun bağlanması tələbinə dair mülki işə İbadov Məhəbbət Qubad oğlunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, ərizə təmin edilərək Lerik rayon məhkəməsinin 08 yanvar 2009-cu il tarixli, Şirvan Apellyasiya Məhkəməsi MK-nın 21 iyul 2009-cu il tarixli qətnamələrinin ləğv edilməsi, işin yenidən baxılması üçün Lerik rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır.
     

<<  Geri qayıt