Azərbaycan Respublikası Ali Məhkəməsi


Vətəndaşların nəzərinə

Bölmə: Xəbərlər 3.09.2019 12:35
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 06-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifov Qazaxda vətəndaşları qəbul edəcək.

    Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

    Vətəndaşların qəbulu Qazax Rayon Məhkəməsində (ünvan: Qazax şəhəri, Səməd Vurğun küçəsi 29) saat 11:00 başlanacaq.

    Vətəndaşlar qəbula Ali Məhkəmədə, Qazax Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502557715 əlaqə nömrələri və ya contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

    Ali Məhkəmənin Mətbuat Xidməti

Baxılıb: 43
Paylaş