Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyasının rəhbəri Lars Tunellin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Bölmə: Xəbərlər 19.08.2008 12:35
  •  
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Beynəlxalq Maliyyə Korporasiyasının rəhbəri Lars Tunellin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
     
    Lars Tunell 1995-ci ildən rəhbərlik etdiyi qurumun Azərbaycanla uğurlu əməkdaşlığından məmnunluğunu bildirdi. Qonaq son illər Azərbaycanın iqtisadi artım, biznes mühitinin və özəl sektorun inkişafı istiqamətində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirdi.
     
    Görüşdə Azərbaycanla Beynəlxalq Maliyyə Korporasiyası arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edildi.
Baxılıb: 15
Paylaş