Azərbaycan Respublikası Ali Məhkəməsi

Vətəndaşların nəzərinə
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 27-də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Tovuzda vətəndaşları qəbul edəcək.

    Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

    Vətəndaşların qəbulu Tovuz Rayon Məhkəməsində (ünvan: Tovuz şəhəri, A.Qasımov küç., 17) saat 11:00 başlanacaq.

    Vətəndaşlar qəbula Ali Məhkəmədə, Tovuz Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455485 əlaqə nömrələri və contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

    Ali Məhkəmənin Mətbuat Xidməti

  • 23.09.2019

<<  Geri qayıt