Azərbaycan Respublikası Ali Məhkəməsi


HakimTatyana Qoldmanın Britaniya Yəhudilər Şurasının nümayəndələri ilə görüşü

Bölmə: Xəbərlər 18.09.2019 12:35
  • 18 sentyabr 2019-cu il Ali məhkəmədə Britaniya Yəhudilər Şurasının nümayəndələri ilə Ali Məhkəmənin hakimi xanım Tatyana Qoldman arasında  görüş baş tutmuşdu. Görüşdə böyük vitse-prezident və beynəlxalq əlaqələr şöbəsinin müdiri xanım Şeyla Qevolb, onun həyat yoldaşı cənab Rocer Joil Qevolb, beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Marius Vişof, həmçinin Vestminster Bələdiyyəsinin nümayəndəsi cənab Murad Həsənli iştirak etmişdi.

    Nümayəndə heyətinin üzvləri xanım Qoldmanın Ali Məhkənin işi, həmçinin ölkə Prezidentinin və hökumətin məhkəmə orqanlarının fəaliyyətinə, xüsusilə Ali Məhkəməyə diqqəti haqqında danışdıqlarını böyük maraqla dinlədilər. Qonaqlar həmçinin Ali Məhkəmənin muzeyinə baş çəkdilər və məhkəmə binası ilə tanış oldular. Xanım Qoldman Ali Məhkəmənin tarixi və onun sədri cənab Ramiz Rzayevin fəaliyyəti haqqında qonaqlara məlumat verdi.

    Söhbətdə o qeyd etdi ki, bütün millətlər, həmçinin yəhudilər ölkə ərazisində azad yaşayır və Azərbaycan vətəndaşlarının nail olduqları bütün hüquq və vəzifələrə malikdirlər. Nümunə kimi, o 19-cu əsrin ortalarından Bakı şəhərində yaşayan və bu ölkə vətəndaşlarının nail olduqları bütün hüquq və vəzifələrə nail olan ailəsinin tarixini misal göstərdi.

    Xanım Şeyla Qevolb  xanım Qoldman ilə  görüşə şad olduğunu və Ali Məhkəmənin hakiminə göstərilmiş bu yüksək etibara valeh olduğunu qeyd etdi.

    Nümayəndə heyətinin üzvləri qəbuldan məmnun olduqlarını və yəhudi bir  qadının Azərbaycanda müvəffəqiyyətli karyera əldə etməsinə şad olduqlarını  ifadə etdilər.

    Onlar həmçinin qeyd etdilər ki, Avropanın heç bir yerində yəhudilər üçün, onların dini mərasimlərinin keçirilməsində və milli hislərə hörmətdə belə yüksək təhlükəsizlik yoxdur.

    Onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini  və Azərbaycan rəhbərliyinin  Beynəlxalq cəmiyyətin dəstəyi ilə ən qısa zamanda Qarabağ problemini həll edəcəyinə əminliklərini vurğuladılar.

    Cənab Qevolb Rocer Bakını "Mayami mərkəzində Parislə" müqayisə etdi və qeyd etdi ki, Bakı Avropanın ən gözəl şəhərlərindən biridir.

    Görüş nəticəsində, hər iki tərəf, Azərbaycana baş çəkməyin yəhudilərin Ümumdünya icmasının bir çox nümayəndələrinə maraqlı və faydalı olacağını əminliklə ifadə etdilər.

     

Baxılıb: 82
Paylaş