Azərbaycan Respublikası Ali Məhkəməsi


Vətəndaşların nəzərinə

Bölmə: Xəbərlər 14.10.2019 12:35
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 18-də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Masallıda vətəndaşları qəbul edəcək.

    Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

    Vətəndaşların qəbulu Masallı Rayon Məhkəməsində (ünvan: Masallı şəhəri, Heydər Əliyev prospekti, 87) saat 11:00 başlanacaq.

    Vətəndaşlar qəbula Ali Məhkəmədə, Masallı Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455485 əlaqə nömrələri və contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

    Ali Məhkəmənin Mətbuat Xidməti

Baxılıb: 109
Paylaş