Azərbaycan Respublikası Ali Məhkəməsi


Vətəndaşların nəzərinə

Bölmə: Xəbərlər 22.10.2019 13:55
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 25-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Mingəçevirdə vətəndaşları qəbul edəcək.

    Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

    Vətəndaşların qəbulu Mingəçevir Şəhər Məhkəməsində (ünvan: Mingəçevir şəhəri, S.Vurğun küç., 16) saat 11:00 başlanacaq.

    Vətəndaşlar qəbula Ali Məhkəmədə, Mingəçevir Şəhər Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

     

    Ali Məhkəmənin Mətbuat Xidməti

Baxılıb: 267
Paylaş