Azərbaycan Respublikası Ali Məhkəməsi


Vətəndaşların nəzərinə

Bölmə: Xəbərlər 4.11.2019 02:21
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq noyabrın 8-də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Şamaxıda vətəndaşları qəbul edəcək.

    Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

    Vətəndaşların qəbulu Şamaxı Rayon Məhkəməsində (ünvan: Şamaxı rayonu, Çənclər küç., 22) saat 11:00 başlanacaq.

    Vətəndaşlar qəbula Ali Məhkəmədə, Şamaxı Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455485 əlaqə nömrələri və contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

    Ali Məhkəmənin Mətbuat Xidməti

Baxılıb: 208
Paylaş