Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri bölgələrdə vətəndaşları qəbul edib

Bölmə: Xəbərlər 29.11.2019 15:35
  •         Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıq və tövsiyələri daim diqqət mərkəzində saxlanılır.

            Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq noyabrın 29-da Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov Qəbələ Rayon Məhkəməsinin inzibati binasında vətəndaşların qəbulunu keçirib.

            Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb. Bəzi müraciətlər üzrə isə Ali Məhkəmənin aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti məhkəmələrin fəaliyyəti ilə bağlı olub.

            Vətəndaşlar onların əlverişli şəraitdə qəbulundan və müraciətlərinə həssaslıqla yanaşılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

            Ali Məhkəmənin Mətbuat Xidməti

Baxılıb: 174
Paylaş