Azərbaycan Respublikası Ali Məhkəməsi


Vətəndaşların nəzərinə

Bölmə: Xəbərlər 9.12.2019 10:29
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 13-də Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Hacıqabulda vətəndaşları qəbul edəcək.

    Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

    Vətəndaşların qəbulu Hacıqabul Rayon Məhkəməsində (ünvan: Hacıqabul şəhəri, H.Həmidov küç., 16) saat 11:00 başlanacaq.

    Vətəndaşlar qəbula Ali Məhkəmədə, Hacıqabul Rayon Məhkəməsində, habelə 0502455485 əlaqə nömrəsi və contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

    Ali Məhkəmənin Mətbuat Xidməti

Baxılıb: 634
Paylaş