Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin Plenumu keçirilmişdir

Bölmə: Plenum İclaslar 7.01.2020 00:00
  •      

    Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il  yanvarın 7-də keçirilən Plenumunu Ali Məhkəmənin sədri Ramiz Rzayev açaraq qeyd etmişdir ki, məhkəmə fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  tövsiyələrinə  uyğun təkmilləşdirilməsi, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında  2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən işlər  davam etdirilir.

         Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya, inzibati, cinayət və mülki kollegiyalarının tərkibi yenidən təşkil edilmişdir.

         Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-Məsləhət Şurasının yeni tərkibi təsdiq edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Bülleteninin redaksiya heyəti yenidən müəyyənləşdirilmişdir.

     

Baxılıb: 710
Paylaş