Azərbaycan Respublikası Ali Məhkəməsi


Vətəndaşların nəzərinə

Bölmə: Xəbərlər 15.01.2020 10:36
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev tərəfindən yanvarın 17-də Salyan rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

    Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

    Vətəndaşların qəbulu Salyan Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Salyan şəhəri, Əli Zeynalov küç., 91)  saat 11:00 başlanacaq.

    Vətəndaşlar qəbula Ali Məhkəmədə, Salyan Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

    Ali Məhkəmənin Mətbuat Xidməti

Baxılıb: 156
Paylaş