Azərbaycan Respublikası Ali Məhkəməsi


Vətəndaşların nəzərinə

Bölmə: Xəbərlər 20.01.2020 17:17
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 24-də Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov Oğuzda vətəndaşları qəbul edəcək.

    Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

    Vətəndaşların qəbulu Oğuz Rayon Məhkəməsində (ünvan: Oğuz şəhəri, Heydər Əliyev prospekti 1) saat 11:00 başlanacaq.

    Vətəndaşlar qəbula Ali Məhkəmədə, Oğuz Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502557715 əlaqə nömrələri və ya contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Baxılıb: 446
Paylaş