Azərbaycan Respublikası Ali Məhkəməsi


Dünya bankının nümayəndələri Ali Məhkəmədə olmuşlar

Bölmə: Xəbərlər 27.01.2020 10:48
  •       2020-ci il yanvarın 27-də Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu Layihəsinə Təklif olunan Əlavə Maliyyələşdirmə üzrə İdentifikasiya/Hazırlıq Missiyasını həyata keçirəcək Dünya Bankının heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

       Görüş zamanı Azərbaycanda məhkəmə strukturunun müasirləşdirilməsi, “Elektron-məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı  yerinə yetirilən işlər, qarşıda duran məsələlər və onların yerinə yetirilməsi imkanları müzakirə olunmuşdur.

        Nümayəndə heyəti Azərbaycanda məhkəmə strukturunun müasirləşdirilməsi ilə bağlı  görülən işlərdən, bu işlərin görülməsinə müəyyən töhfə verdiklərindən məmnun oldularını və Elektron Məhkəmə İnfrastrukturu  Layihəsini bir daha dəstəkləmək və əlavə maliyyələşdirmə ilə bağlı qiymətləndirilməni aparmaq  məqsədilə Azərbaycana gəldiklərini söyləmişdir.

          Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Baxılıb: 508
Paylaş