Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək

Bölmə: Xəbərlər 8.02.2020 14:22
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevralın 14-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifov Gədəbəydə vətəndaşları qəbul edəcək.

    Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

    Vətəndaşların qəbulu Gədəbəy Rayon Məhkəməsində (ünvan: Gədəbəy şəhəri, Heydər Əliyev pr. 1) saat 10:00 başlanacaq.

    Vətəndaşlar qəbula Ali Məhkəmədə, Gədəbəy Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502557715 əlaqə nömrələri və ya contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

    Ali Məhkəmənin Mətbuat Xidməti

Baxılıb: 199
Paylaş