Azərbaycan Respublikası Ali Məhkəməsi


Məhkəmə Dürüstlüyü üzrə Qlobal Şəbəkənin yüksək səviyyəli iclası

Bölmə: Xəbərlər 27.02.2020 15:55
  • 25-27 fevral 2020-ci il tarixində Qətər Dövlətinin Doha şəhərində keçirilmiş Məhkəmə Dürüstlüyü üzrə Qlobal Şəbəkənin yüksək səviyyəli iclasında Ali Məhkəmənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri v.i.e. Əli-İsa Dadaşov iştirak etmişdir.

    Məhkəmə Dürüstlüyü üzrə Qlobal Şəbəkə, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında bu günə qədər təşkil edilmiş ən böyük hakimlər toplusunu təmsil edən, 2018-ci ilin aprel ayında Vyanada keçirilmiş 106 ölkədən və 40 məhkəmə assosiyasiyalarından, 35 sədr və məhkəmə hakimiyyətinin digər yüksək nümayəndələrindən ibarət olan, 350-dən çox yüksək səviyyəli iştirakçını bir araya gətirən tədbirdə start verilmişdir.

    Tədbirin keçirilməsində əsas məqsəd Şəbəkənin fəaliyyətə başladığı

    gündən əldə etdiyi nailiyyətlərə nəzər salmaq və Şəbəkənin 2018-2019 iş planında prioritet istiqamətlərdə görülən işləri müzakirə etmək; məhkəmə dürüstlüyü ilə bağlı mövcud və ortaya çıxan problemləri müzakirə etmək və məhkəmə orqanlarının onların həlli üçün səylərini araşdırmaq; şəbəkənin irəliləməsi üçün prioritet sahələri müəyyənləşdirmək olmuşdur.

    İclasda hakimlərin sosial şəbəkələrdən istifadəsi; korrupsiyaya qarşı mübarizə: yüksək məhkəmə orqanlarının şəffaflığı və hesabatlılığı; hakimlərin seçilməsi, təyin edilməsi və məhkəmə müstəqilliyi; etik və intizam tədbirləri; məhkəmə müstəqilliyi: məhkəmə idarəçiliyində yeni çağırışlar və yeniliklər; genderlə əlaqəli məhkəmə bütövlüyüməsələləri; süni intellektin hakimlər tərəfindən istifadəsi mövzularında çıxışlar edilərək, iştirakçılar arasında fikir mübadiləsi aparılmışdır. 

Baxılıb: 337
Paylaş