Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin sədri Ramiz Rzayev martın 13-də Şəmkir rayonunda vətəndaşları qəbul edəcək

Bölmə: Xəbərlər 11.03.2020 10:33
  • Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

    Vətəndaşların qəbulu Şəmkir Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Şəmkir şəhəri, H.Əliyev prospekti, 2)  saat 11:00 başlanacaq.

    Vətəndaşlar qəbula Ali Məhkəmədə, Şəmkir Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

    Ali Məhkəmənin Mətbuat Xidməti

Baxılıb: 181
Paylaş