Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin hakimləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü vəsait köçürüblər

Bölmə: Xəbərlər 24.03.2020 13:05
  •       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 19.03.2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna müxtəlif təşkilatlar, fiziki və hüquqi şəxslər tərəfindən könüllü dəstək nümayiş etdirilir.

           Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri də bu xeyirxah və nəcib təşəbbüsə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna əmək haqlarından 100 min manat məbləğində vəsait köçürülməsini qərara alıblar.

          Ali Məhkəmənin hakimləri koronavirusla mübarizədə xalqımız və dövlətimizlə həmrəy olduqlarını bəyan edirlər.

    Ali Məhkəmənin Mətbuat xidməti

Baxılıb: 1580
Paylaş