Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 07.05.2020

Bölmə: Plenum İclaslar 7.05.2020 17:25
  •          2020-ci il mayın 7-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu olmuşdur.

             Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi məhkəmə kollegiyalarının və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin yenidən təşkili  ilə əlaqədar məsələ müzakirə olunmuş və qərar qəbul edilmişdir.

             Plenum iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Əsgərov Çingiz İskəndər oğlu, Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlu Məhkəmələr və Hakimlər haqqında Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içmişdir.

                      Plenumda Azərbaycan Respubluikası Ali Məhkəməsi Bülleteninin yeni redaksiya heyəti təsdiq edilmişdir.

             Bununla da Plenum öz işinə yekun vurmuşdur.

Baxılıb: 1433
Paylaş