Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikasının Ali Məhkəməsində informasiya texnologiyalarının tətbiqi üzrə işçi qrup yaradılıb

Bölmə: Xəbərlər 15.09.2020 17:46
  •     Azərbaycan Respublikası Ali Məhkəməsi fəaliyyətinin səmərəliliyinin artırılması, Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiq edilməsi, bu sahədə strateji inkişafın təmin olunması, “Elektron Məhkəmə” İnformasiya Sisteminin tətbiqinin təkmilləşdirilməsi, vətəndaşların məhkəməyə müraciət imkanlarının genişləndirilməsi və məmnunluğunun yüksəldilməsi, şəffaflıq və operativliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevin 2020-ci il 14 sentyabr tarixli əmri ilə Ali Məhkəmənin kollegiya sədrləri və struktur bölmə rəhbərlərindən ibarət işçi qrupu yaradılmışdır.

        İşçi qrupunun işinə rəhbərlik Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərova həvalə edilib.

Baxılıb: 551
Paylaş