Azərbaycan Respublikası Ali Məhkəməsi

AZƏRBAYCAN RESPUBLİKASI MƏHKƏMƏLƏRİNİN MÜSTƏQİLLİYİ BARƏDƏ

Bölmə: Ali Məhkəmə Plenumunun qərarları 11.02.1992 12:35
  •  
    AZƏRBAYCANRESPUBLİKASIMƏHKƏMƏLƏRİNİN MÜSTƏQİLLİYİBARƏDƏ
     
    Azərbaycan RespublikasıAliMəhkəməsiPlenumunun
    16 oktyabr 1992-ci ltarixli 1№-li
     
    QƏRARI
     
             Hər bir demokratik dövlətin əsasını qanunvericilik və icraedicilik hakimiyyətləri ilə bərabər mövcud olan müstəqil məhkəmə hakimiyyəti təşkil edir.
             Respublikada aparılan məhkəmə islahatının əsaslı surətdə həll edilməsinə böyük ehtiyac vardır, ona görə ki, əgər müstəqil məhkəmə hakimiyyəti kimi güclü təminat olmasa iqtisadi və siyasi islahatlar həyata keçirilə bilməz.
             Müstəqil məhkəmə hakimiyyətinin təminatı kimi məhkəmələrin fəaliyyətlərini nizamlayan respublika qanunvericiliyi ilə yanaşı 13 dekabr 1985-ci il tarixdə BMT Baş məclisinin qəbul etdiyi «Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsipləri» haqqında 30/146№-li qətnaməsilə də çıxış edir. Həmin qətnamədə BMT məhkəmələrin müstəqilliyinin Əsas prinsiplərinin hazırlanmasını alqışlamış və BMT-yə daxil olan ölkələrin hökumətlərinə təklif etmişdir ki, onunla hesablaşsınlar və Milli qanunvericilik aktlarının hazırlanmasında onları nəzərə alıb və təcrübədə tətbiq etsinlər.
    Azərbaycan Respublikasının məhkəmələri öz fəaliyətlərində məhkəmə fəaliyyətini nizama salan mövcud qanunvericiliklə bərabər BMT Baş məclisi tərəfindən tanınan «Məhkəmələrin müstəqilliyinin əsas prinsipləri» haqqında qətnamələri də rəhbər tutmalıdırlar.
    Qeyd olunanları, habelə məhkəmələr üzərinə insanın həyat və ölüm azadlıqları hüquqları, vəzifələri və mülkiyyətləri məsələlərinə dair qəti qərarlar çıxarılması vəzifəsi həvalə edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
     
                                    Q Ə R A R A    A L I R:
    1. Məhkəmələrə tapşırılsın ki, BMT-nin Baş məclisi tərəfindən qəbul edilən «Məhkəmələrin müstəqilliyinin Əsas prinsipləri» haqqında» 13 dekabr 1985-ci il tarixli, 30/146№-li qətnaməsini rəhbər tutub bu prinsiplərə dönmədən əməl etsinlər.
     
    2. İzah edilsin ki, məhkəmələrin müstəqilliyi işlərə obyektiv   baxmaq, ancaq qanunu rəhbər tutaraq, müəyyən edilən faktlara əsaslanmaq deməkdir.
    Məhkəmə – qanunvericilik və icraedicilik hakimiyyətləri ilə eyni əhəmiyyətli və müstəqil məhkəmə hakimiyyətini həyata keçirən orqandır.
    Bununla əlaqədar və qeyd olunan Əsas prinsiplərə uyğun olaraq məhkəmə baxışının hər hansı məhdudiyyətinə, heç kim tərəfindən,hər hansı səbəbdən asılı olmayaraq birbaşa və ya dolayısıyla məhkəmə fəaliyyətinə təsir, təzyiq, hədə göstərmək və qarışmasına yol verilmir.
    Məhkəmələr nəzərə almalıdırlar ki, bu qaydaların pozulmasına görə təqsirkar şəxslər qanuna müvafiq olaraq cinayət və ya inzibati məsuliyyətə cəlb ediləcəklər.
    Məhkəmənin qərarı qanuni qüvvəyə minməmişdirsə, kütləvi informasiya vasitələri öz məlumatlarında baxılan işlər haqqında məhkəmə qərarının necə olması barədə fikirlər söyləmyə və ya başqa vasitələrlə işdə iştirak edən şəxslərin hər hansı birinin xeyrinə məhkəməyə təsir etməyə haqlı deyillər.
    3. Məhkəmə işə baxıb Azərbaycan Respublikası adından qərar qəbul edərək Respublikanı təmsil dir. Ona görə də dövlət təşkilatları və müəssisələri, habelə vətəndaşları məhkəmələrə ehtiramla yanaşmalıdırlar.
    Məhkəmələrin andı, mantiya, seçilmə nişanı və binası   üzərində Dövlət bayrağı məhkəmələrin müstəqillik rəmzləridir.
    Məhkəməyə və onun rəmzlərinə qarşı hörmətsizlik yol verilməzdir və qanuna müvafiq surətdə cəzalandırılmalıdır.
    4. Əsas prinsiplərdə göstərildiyi kimi məhkəmələr hüquqi mübahisə xarakteri daşıyan hər hansı məsələnin həll edilməsinə səlahiyyətli olmalıdırlar.
    Əgər Azərbaycan Respublikası qanunu kifayət qədər aydın deyilsə və konkret mübahisənin məhkəmə baxışına aid olması anlaşılmırsa, belə halda bu qanuna görə konkret məsələnin məhkəmə səlahiyyətinə aid edilməsini həll etməyə yalnız məhkəmənin hüququ var.
    İzah edilsin ki, Dövlət hakimiyyət və idarəçilik orqanları ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı olmayan vəzifəni məhkəməyə tapşırmaqda haqlı deyil.
     
    5. Əsas prinsiplərə müvafiq olaraq məlahiyyəti olmayan təşkilatlar tərəfindən məhkəmə qərarlarının ləğv edilməsi və dəyişdirilməsinə, habelə məhkəmə prosesinə başqa müdaxilələrə yol verilmir.
    Lakin qanunun bu tələbi məhkumu əfv etməyə aid deyildir.
    Qanuna görə heç kəsin hakimdən konkret işin necə baxılmasına dair, yaxud hakimlərin müşavirəsi vaxtı fikir mübadiləsini, məsləhətləşməsini yaymasına səbəb olacaq hesabat, yaxud izahat istəməsinə haqqı yoxdur.
    6. Məhkəmələr tərəflərin hüquqlarını təmin etməklə, işi mahiyyəti üzrə həll etməyə borcludurlar.
    Vətəndaşlarla dövlət, qanunvericilik hakimiyyəti ilə icraedicilik hakimiyyəti arasındakı mübahisələrin həllində məhkəmələr axırıncı instansiyadır.
    Hər bir vətəndaşın hüququ vardfr ki, onu qanunla müəyyən edilmiş prosessual qaydada mühakimə etsinlər.Əsas prinsiplərə müvafiq olaraq ümumi məhkəmələri əvəz etmək məqsədi ilə qanunla müəyyən edilmiş prosessual formalara əməl etməyən xüsusi məhkəmələr yaradılması qadağan edilir.
    7. Hakimlərin Azərbaycan Respublikası vətəndaşlarına verilmiş və Azərbaycan Respublikası hakimlərinin statusu haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün hüquq və azadlığı var. Bu hüquq və azadlıqdan istifadə edən hakimin məhkəmə, yaxud hakim şərəfinə, ləyaqətinə, obyektivliyinə və müstəqilliyinə xələl gətirməyə haqqı yoxdur.
    Buna görə də hakim hər hansı partiyanın, yaxud ictimai-siyasi təşkilatın üzvü ola bilməz, hakimin habelə əvəzci vəzifələrdə işləməyə, hüquq kooperativlərinə daxil olmağa, fərdi hüquqi təcrübə, yaxud sahibkarlıq fəaliyyəti ilə məşbul olmağa haqqı yoxdur.
    Göstərilən məhdudiyyətlər hakimlərin müstəqilliyinə və obyektivliyinə təminat olmaqla, onların hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.
    Lakin bu məhdudiyyətlər hakimləri peşəkarlıq cəmiyyətlərində birləşmək, qeyri-siyasi ictimai təşkilatların işində iştirak etmək, habelə pedoqoji və elmi işlə məşğul olmaq hüququndan məhrum etmir,
    8. Yüksək ixtisaslı və namuslu hüquqşünas hakim işləyə bilər.
    Hakimlərin müstəqilliyinin əsas prinsiplərinə uyğun olaraq hakim seçilərkən, onların mənşəyinə, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, dinə münasibətinə və məşğuliyyətinin xarakterinə, siyasi baxışlarına əsaslanan hər hansı ayrıseçkiliyə yol verilmir.
    Hakimlərin Azərbaycan Respublikası vətəndaşları sırasından seçilməsinə dair qanunun tələbi ayrı-seçkilik kimi qiymətləndirilə bilməz.
    9. İzah edilsin ki, aşağı məhkəmələr üzərində məhkəmə nəzarəti yalnız yuxarı məhkəmələr tərəfindən həyata keçirilə bilər. Digər orqanların məhkəmələr üzərində hər hansı nəzarəti yol verilməzdir.
    Azərbaycan Respublikasında bütün səviyyədən olan hakimlər «Məhkəməquruluşuhaqqında» Qanuna görə müvafiq məhkəmənin sədrp və sədr müavininə yalnız işin  təşkili məsələlərində tabedirlər. Göstərilən vəzifəli şəxslər intizam qaydasında hakimlərə cəza verə bilməzlər. Hakimlərə intizam cəzası verməyə yalnız hakimlərin ixtisas kollegiyasının hüququ var.
    Hakim intizam məsuliyyətinə yalnız qanunla müəyyən edilmiş qaydada cəlb oluna bilər.
    Hakim əsaslandırılmamış və ya qanunsuz məhkəmə qərarlarına görə o vaxt məsuliyyətə cəlb edilə bilər ki, bu qərarlar bilərəkdən çıxarılmış olsun və ya əhəmiyyətli nəticələr törətsin.
    Əsassız məhkumluqla bağlı şəxsə dəyən ziyana görə hakim maddi məsuliyyət daşımır. Ziyanı qanunla müəyyən olunmuş hallarda dövlət ödəyir.
    10. BMT-nin qəbul etdiyi Əsas prinsiplərə görə, hakimlərin müstəqilliyinin zəmanəti, habelə onların lazımi sosial təminatıdır.
    Bununla bağlı Azərbaycan Respublikası hökuməti, işə, işə görə yüksək əmək haqqına, pensiyaya, habelə mənzillə təmin olunmağa zəmanət verməlidir.
    11. Azərbaycan Respublikasının qanunları BMT-nin qəbul etdiyi hakimlərin müstəqilliyinin əsas prinsiplərinə uyğun gəlmədikcə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qanunvermə təşəbbüsü qaydasında dünya birliyi dövlətlərinin qəbul etdiyi normalara uyğunlaşdırma məqsədilə müvafiq qanunun layihəsini hazırlayıb respublika Ali Sovetinə təqdim etməyi özünün hüququ hesab edir.
     
    AliMəhkəməninsədri
       T.Z.KƏRİMLİ
          PlenumunkatibiAliMəhkəməninüzvü
    V.Q.HƏŞİMOV
     
    AZƏRBAYCAN RESPUBLİKASI MƏHKƏMƏLƏRİNİN MÜSTƏQİLLİYİ BARƏDƏ
     
    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
    16 oktyabr 1992-ci il tarixli 1№-li
     
    Q Ə R A R I
     
    Azərbaycan Respublikasında bütün səviyyədən olan hakimlər «Məhkəmə quruluşu haqqında» Qanuna görə müvafiq məhkəmənin sədrp və sədr müavininə yalnız işin  təşkili məsələlərində tabedirlər. Göstərilən vəzifəli şəxslər intizam qaydasında hakimlərə cəza verə bilməzlər. Hakimlərə intizam cəzası verməyə yalnız hakimlərin ixtisas kollegiyasının hüququ var.
    Hakim intizam məsuliyyətinə yalnız qanunla müəyyən edilmiş qaydada cəlb oluna bilər.
    Hakim əsaslandırılmamış və ya qanunsuz məhkəmə qərarlarına görə o vaxt məsuliyyətə cəlb edilə bilər ki, bu qərarlar bilərəkdən çıxarılmış olsun və ya əhəmiyyətli nəticələr törətsin.
    Əsassız məhkumluqla bağlı şəxsə dəyən ziyana görə hakim maddi məsuliyyət daşımır. Ziyanı qanunla müəyyən olunmuş hallarda dövlət ödəyir.
    10. BMT-nin qəbul etdiyi Əsas prinsiplərə görə, hakimlərin müstəqilliyinin zəmanəti, habelə onların lazımi sosial təminatıdır.
    Bununla bağlı Azərbaycan Respublikası hökuməti, işə, işə görə yüksək əmək haqqına, pensiyaya, habelə mənzillə təmin olunmağa zəmanət verməlidir.
    11. Azərbaycan Respublikasının qanunları BMT-nin qəbul etdiyi hakimlərin müstəqilliyinin əsas prinsiplərinə uyğun gəlmədikcə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qanunvermə təşəbbüsü qaydasında dünya birliyi dövlətlərinin qəbul etdiyi normalara uyğunlaşdırma məqsədilə müvafiq qanunun layihəsini hazırlayıb respublika Ali Sovetinə təqdim etməyi özünün hüququ hesab edir.
     
    Ali Məhkəmənin sədri
       T.Z.KƏRİMLİ
          Plenumun katibi, Ali Məhkəmənin üzvü
    V.Q.HƏŞİMOV
Baxılıb: 251
Paylaş