Azərbaycan Respublikası Ali Məhkəməsi


“AZƏRBAYCAN RESPUBLİKASINDA İNZİBATİ MƏHKƏMƏLƏR - 10 İL” kitabı çapdan çıxmışdır

Bölmə: Xəbərlər 16.11.2021 11:44
  • Azərbaycan Respublikasında inzibati məhkəmələrin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində “AZƏRBAYCAN RESPUBLİKASINDA İNZİBATİ MƏHKƏMƏLƏR - 10 İL” kitabı nəşr olunmuşdur.

    Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun 2011-ci il 01 yanvar tarixdən etibarən eyni anda qüvvəyə minməsi ilə Azərbaycanda inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliyinə) qarşı hüquqi müdafiənin yeni təkmil mexanizmlərinin tətbiqinə başlanılmışdır. Ötən 10 il ərzində ölkəmizdə inzibati məhkəmə icraatı sahəsində normativ bazanın formalaşdırılması prosesi daim təkmilləşdirilmiş, məhkəmə sistemində mərhələli şəkildə keçidlə tam ixtisaslaşmanın yaradılması təmin edilərək inzibati münasibətlərdən irəli gələn mübahisələrə inzibati məhkəmələrdə baxılması qaydası təsbit olunmuşdur.

    Kitabda Azərbaycanda məhkəmə hakimiyyətinin tarixi və dövlət müstəqilliyi bərpa edildikdən sonra məhkəmə-hüquq sahəsində həyata keçirilən köklü islahatlar və görülən geniş həcmli əməli işlər barədə məlumat verilir, inzibati ədliyyənin ötən 10 illik tarixinə ətraflı nəzərə salınaraq bu sahədəki inkişaf və qazanılmış nailiyyətlər göstərilir, inzibati məhkəmələrin fəaliyyəti və əldə edilmiş nəticələr təhlil olunur, inzibati məhkəmə icraatının səmərəliliyinin və keyfiyyətinin daha da artırılmasına nail olmaq məqsədilə gələcəkdə həyata keçirilməli olan işlərdən bəhs edilir.

Baxılıb: 648
Paylaş