Azərbaycan Respublikası Ali Məhkəməsi


Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyzsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında

Bölmə: Ali Məhkəmə Plenumunun qərarları 3.02.1997 12:35
  •  
    NARKOTİK VASİTƏLƏRİN, GÜCLÜ TƏSİR EDƏN VƏ ZƏHƏRLİ MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ DAİR CİNAYƏT İŞLƏRİ ÜZRƏ
    MƏHKƏMƏ TƏCRÜBƏSİ HAQQINDA
     
    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il 1№-li
     
    QƏRARI
     
    Birləşmiş Millətlər Təşkilatının 1961-ci il «Narkotik vasitələr haqqında» Vahid Konvensiyası, 1971-ci il «Psixotrop maddələr haqqında» və 1988-ci il «Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlcalq cinayət hesab edilmişdir.
     
    Konvensiyalar onlara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin,güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlər görməyini zəruri hesab etmişdir.
     
    Məhkəmə statistikası göstərir ki, son illər respublikada narkomaniya ilə əlaqədar olan cinayət işlərinin, həmçinin məhkum olunanları sayı xeyli artmışdır.
     
    Məhkəmə təcrübəsi ümumiləşdirilməsinin nəticələrindən görünür ki, məhkəmələr bu növ cinayət işlərinə baxarkən qanunun tələblərinə əsasən düzgün əməl edirlər.
     
    Bununla bərabər, Plenum qeyd edir ki, bəzi məhkəmələr bu cinayətlərə qarşı qanunun gücündən lazımınca istifadə etmir, onların cəmiyyət və insanların səhhəti üçün xüsusi təhlükə törətməsinə, bu cinayətlərin bütün iştirakçılarının müəyyən olunmasına, narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin əldə etmə mənbələrini aşkar edilməsinə kifayət qədər diqqət yetirmir, belə cinayətlərin baş verməsinə kömək edən səbəb və şəraiti aydınlaşdırmır.
     
    Bir sıra cinayət işləri üzrə narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin oğurlanmasında, qanunsuz olaraq hazırlanmasında, əldə edilməsində, saxlanmasında, daşınmasında və göndərilməsində təqsirli şəxslərin məqsədləri müəyyən edilmir, bu isə qanunun tətbiqində səhvlərə yol verilməsinə səbəb olur.
     
    Bəzən məhkəmələr təqsirli şəxslərə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun edilmə şəraitini və müttəhimin şəxsiyyətini nəzərə almır.
     
    Qeyd edilən nöqsanları aradan qaldırmaq, bu sahələ qanunların düzgün tətbiqini təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
     
    QƏRARA ALIR:
     
    1. Məhkəmələrin diqqəti narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların tətbiq edilməsi, bu barədə Birləşmiş Millətlər Təşkilatının konvensiyalarının tələblərindən irəli gələn müddəalarına əməl olunması, həmin kateqoriyadan olan işlər üzrə məhkəmə baxışının səviyyəsinin yüksəldilməsi, bu növ cinayətlərin baş vermə səbəbləri və şəraitinin aşkar edilməsi üçün işin bütün hallarının obyektiv olaraq hərtərəfli araşdırılması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi zəruriliyinə cəlb edilsin.
     
    2. Məhkəmələrin nəzərinə çatdırılsın ki, Birləşmiş Millətlər Təşkilatının konvensiyalarında bu növ cinayətlər üzrə istifadə olunan ayrı-ayrı terminlərə aşağıdakı izahlar verilmişdir.
     
    - «Narkotik» - dövlətin nəzarəti altından olan hər hansı bitgi, vasitə və ya dərman;
     
    - «Narkotik» - 1961-ci il «Narkotik vasitələr haqqında» Vahid Konvensiyaya əlavə edilmiş siyahılardan birinə daxil edilmiş narkotik (siyahı əlavə edilir);
     
    - «Psixotrop vasitələr» - «Psixotrop vasitələr haqqında» 1971-ci il Konvensiyasının siyahılarından birinə daxil edilmiş narkotik (siyahı əlavə edilir);
     
    - «Prekursor» - dövlətin nəzarəti altında olan və adətən narkotik vasitələr hazırlanmasında istifadə edilən maddələr;
     
    - «Narkoman» - psixi və ya fiziki cəhətdən hər hansı bir narkotikdən asılı olan şəxs;
     
    - «Qannusuz dövriyyə» - dövlətin nəzarəti altında olan bitgi və ya vasitələrlə han hansı qanunsuz əməliyyat.
     
    3. Məhkəmələrə izah edilsin ki, narkotik vasitələrin hazırlanması dedikdə hər hansı hərəkətlər nəticəsində narkotik vasitələrin istehlak üçün hazır vəziyyətə gətirilməsi, müvafiq icazə olmadan narkotik vasitənin qatılıq və onun narkotik təsir dərəcəsinin artırılması məqsədilə yenidən emal edilməsi və təmizlənməsi başa düşülməlidir.
     
    Güclü təsir edən və zəhərli maddələrin hazırlanması dedikdə isə, hər hansı hərəkətlərin nəticəsində onların təbii və ya sintetik xammaldan hazırlanması başa düşülməlidir.
     
    Əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitgisi, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan kin sahəsindən tərkibində narkotik vasitələr olan bitgilərin yığılması və s. hərəkətlər başa düşülməlidir.
     
    Təqsirli şəxsin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin öz ixtiyarında saxlanılması ilə əlaqədar olan hər hansmı bir qəsdən edilən hərəkətlərin saxlama kimi başa düşülməlidir (məsələn, üstündə, güclü saxlanc yerlərində, binalarda və s.).
     
    Daşıma dedikdə daşıma üsulundan və saxlama yerindən asılı olmayaraq narkotik vasitələrin, güclü təsir elən və zəhərli maddələrin yerinin dəyişdirilməsi məqsədilə qəsdən edilən hər hansı bir hərəkətlər başa düşülməlidir.
     
    Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz olaraq Azərbaycan Respublikası gömrük sərhədindən daşınması müəyyən edildikdə, təqsirkarın əməli əlavə olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71-ci maddəsi ilə tövsif olunmalıdır.
     
    Narkotik vasitələrin göndərilməsi dedikdə, onları göndərən şəxsin iştirakı oldmadan poçtla, baqacla göndərmə, başqa daşınma üsulu ilə onların qanunsuz olaraq yerləşdirilməsi başa düşülməlidir.
     
    Satma dedikdə, narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz olaraq hər hansı bir üsulla yayılması başa düşülməlidir (satma, bəxşiş vermə, dəyişdirmə, borc əvəzinə vermə, borc olaraq vermə, başqa şəxsə iynə vurmaq və s.)
     
    Təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, onların xeyli miqdarda olması, istehlakçı ilə əvvəlcədən razılıq olması, narkotik vasitədən istifadə etməyən şəxs tərəfindən onun əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
     
    4. Təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq az miqdarda narkotik vasitələr hazırlaması, əldə etməsi, saxlaması, daşıması, göndərməsi və ya qanunsuz olaraq satması, habelə az miqdarda narkotik vasitələrin oğurlanması ilə bağlı hərəkətləri müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 26-cı və ya 226-2-ci maddəsi ilə tövsif olunmalıdır.
     
    5. Vətəndaşların pulunu və ya əmlakını ələ keçirmək məqsədi ilə narkotik vasitə, güclü təsir edən və ya zəhərli maddə adı ilə hər hansı digər vasitəni və maddəni satan şəxsin hərəkəti dələduzluq kimi tövsif edilməli, bu yolla əldə edilmiş pul və ya əmlak isə Azərbaycan Respublikası MM-in 45-ci maddəsinə əsasən dövlətin xeyrinə müsadirə edilməlidir.
     
    6. Tamah məqsədilə narkotik vasitələrin əvəzsiz olaraq özünün mülkiyyətinə və ya başqa mülkiyyətinə keçirilməsi oğurlanma kimi qiymətləndirilməlidir.
     
    Hər cür, o cümlədən dövlət qiyməti olmayan, kustar üsulu ilə hazırlanmış narkotik vasitə oğurlamanın predmeti ola bilər.
     
    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-2-ci maddəsinin mənasına görə, narkotik vasitələrin oğurluğu dedikdə, onların qanunsuz olaraq müəssisə və təşkilatlardan götürülməsi, həmin müəssisə və təşkilatların əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitgiləri, yaxud belə bitgilərin müəyyən hissəsinin (xaşxaşın gövdəsi və qozası, çətənənin gövdəsi və s.) qanunsuz olaraq yığılması, eləcə də vətəndaşların hər hansı yolla ələ keçirdikləri narkotik vasitələrin onlardan götürülməsi başa düşülməlidir.
     
    7. Kənd təsərrüfatı müəssisələrinin əkin yerlərindən və vətəndaşların torpaq sahələrindən onlar tərəfindən əkilməyənvə yetişdirilməyən, tərkibində narkotik vasitə olan bitgilərin yığılması oğurluq kimi qiymətləndirilə bilməz. Belə hərəkətlər qanunsuz yolla narkotik vasitələr əldə edilməsi kimi qiymətləndirilməli və məqsədindən asılı olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226 və ya 226-1-ci maddələri ilə tövsif olunmalıdır.
     
    8. Tərkibində narkotik vasitələr olan bitgiləri, yaxud belə bitgilərin müəyyən hissəsini satış məqsədi ilə, yaxud bunsuz oğurlama, qanunsuz olaraq əldə etmə, saxlama, daşıma, eləcə də satma bitmiş cinayət kimi müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-2-ci,226 və ya 226-1 maddələri ilə tövsif olunmalıdır.
     
    Narkotik vasitələrin oğurlanması və sonradan onların satış məqsədi ilə, yaxud bunsuz saxlanması, daşınması, göndərilməsi, eləcə də satılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 26-2-ci maddəsi və müvafiq olaraq 226 və ya 226-1-ci maddələri ilə tövsif olunmalıdır.
     
    9. Ağırlaşdırıcı hallar olmadan oğurluq, dələduzluq və soyğunçuluq yolu ilə narkotik vasitələrin oğurlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsini 226-2-ci maddəsinin 1-ci hissəsi ilə tövsif olunmalıdır.
     
    Zor işlətməklə soyğunçuluq və quldurluq yolu ilə narkotik vasitələrin oğurlanmaı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-2-ci mddəsinin müvafiq hissələrinin dispozisiyası ilə əhatə edildiyindən, həmin əməllərin əlavə olaraq 144-cü və 145-ci maddələri ilə tövsif olunmasına ehtiyac yoxdur.
     
    Banda tərəfindən narkotik vasitələrin oğurlanması cinayətlərin məcmusu ilə: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-2-ci və 70-ci maddələri ilə tövsif olunmalıdır.
     
    10. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-3-cü maddəsi ilə məsuliyyət həm bir dəfə, həm də dəfələrlə narkotik vasitələrdən, təqsirkarın tamah məqsədinin olub-olmamasından asılı olmayaraq, istifadə olunması üçün bina, mənzil, otaq və s. verilməsinə görə yaranır.
     
    Narkotik vasitələr istehlakı üçün tiryəkxana təşkil etmə dedikdə bu məqsədlə bina axtarmaq, binanın sahibi ilə icarə şərtlərini müzakirə etmək,fəaliyyət planı hazırlamaq, bu fəaliyyətin iştirakçılarını müəyyən etmək, müştəri tapmaq, narkotik vasitələri əldə etmək, onun istehlakını təmin etmək və s. hərəkətlər başa düşülməlidir.
     
    Tiryəkxana saxlamaq dedikdə isə, narkotik vasitələr istehlakı üçün müntəzəm olaraq (iki və daha çox) mənzil bina verilməsi bşa düşülməlidir.
     
    11. Narkotik vasitələr istehlakına təhrik etmə dedikdə, həmin vasitələrdən istifadə həvəsini yaratmağa yönəlmiş hər hansı bir qəsdən edilmiş hərəkətlər başa düşülməlidir (dilə tutma, təklif etmə, məsləhət vermə və s.)
     
    Təqsirkarın hərəkəti iki və daha çox şəxsdə narkotik vasitələrdən istifadə həvəsi yaratmağa yönəlmişsə, bu hərəkətin hər iki şəxs barəsində eyni vaxtda və yaxud ayrı-ayrı vaxtlarda edilməsindən asılı olmayaraq, onun əməli Cinayət Məcəlləsinin 226-4-cü maddəsinin 2-ci hissəsi ilə tövsif olunmaldır.
     
    Bu zaman başqasında narkotik vasitələrdən istifadəyə meyl yaratmış şəxs onları satmışsa və yaxud həmin vasitələrin oğurlanması, əldə edilməsi, saxlanması, daşınması və yaxud göndərilməsinə köməklik göstərmişsə, onun əməli Cinayət Məcəlləsinin 226-4-cü maddəsi və müvafiq olaraq 226 və ya 226-1 maddələrilə tövsif olunmalıdır.
     
    12. Narkotik vasitələrin, zəhərli və ya güclü təsir edən maddələrin istehsalı, əldə edilməsi, saxlanması, uçota alınması, buraxılması, daşınması və ya göndərilməsi üçün müəyyən olunmuş qaydaları pozmağa görə həm vəzifəli şəxslər, həm də tapşırılmış işə görə göstərilən qaydalara riayət etməyə borclu olan sair şəxslər məsuliyyət daşıyırlar. Bu qaydaları pozmuş vəzifəli şəxslərini hərəkətində vəzifə cinayətinin (vəzifədən sui-istifadə, rüşvətxorluq və s.) əlamətləri olduqda, onların əmli əlavə olaraq, Cinayət Məcəlləsinin vəzifə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan maddələri ilə də tövsif olunmalıdır.
     
    13. Azərbaycan Respblikası Cinayət Məcəlləsinin 227-ci və 227-1-ci maddələrində nəzərdə tutulmuş becərilməsi qadağan edilmiş tiryək xaşxaşanı, Hind, Cənubi Mancuriya, Cənubi Çu, Cənubi Arxon, Cənubi Krasnodar çətənəsini, qanunsuz olaraq yağlı xaşxaşı və CM-nin 277-ci maddəsində göstərilmiş növlərdən başqa çətənə əkmə dedikdə, qanunsuz olaraq həmin bitgilərin toxumunu və ya şitilini hər hansı torpaq, o cümlədən boş torpaq sahələrində əkmə başa düşülməlidir.
     
    Becərmə dedikdə isə, həmin bitgilərin yetişdirmə dərəcəsinə çatdırılması üçün əkilmiş bitgilərə və onların cücərtisinə qulluq etmə başa düşülməlidir.
     
    14. Becərilməsi qadağan edilmiş tiryək xaşxaşanın, Hind, Cənubi Mançuriya, Cənubi Çu, Cənubi Arxon və Cənubi Krasnodar çətənəsinin və CM-nin 227-ci maddəsində göstərilmiş növlərdən başqa çətənənin satış məqsədilə və bunsuz əkilməsi, becərilməsi, qanunsuz olaraq onlardan narkotik vasitələr hazırlanması, onların saxlanması, daşınması və göndərilməsi, habelə satılması ilə əlaqədar hərəkətlər Cinayət Məcəlləsinin 227-ci və ya 227-1-ci, müvafiq olaraq 226 və ya 226-1-ci maddələri ilə tövsif olunmalıdır.
     
    15. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-cı maddəsinin 2-ci hissəsi, 226-1-ci mvddsminin 2-ci hissəsi, 2206-2-ci maddəsinin 2-ci hissəsi, 226-4-cü maddəsinin 2-ci hissəsi, 27-ci maddəsinin 2-ci hissəsi və 227-1-ci maddəsinin 2-ci hissəsində göstərilən təkrarlıq əlamətinə görə məsuliyyət təqsirkarın həmin maddələrdə sadalanan cinayətlərdən hər hansı birini etməyə görə, əvvəllər məhkum olub-olmamasından asılı olmayaraqn yaranır.
     
    Əvvəlki cinayət görə məhkumluq götürüldükdə, ödənildikdə və yaxud cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə təkrarlıq əlaməti yaranmır.
     
    Narkotik vasitələrin iki və daha çox şəxsə eyni vaxtda satılması təkrarlıq kimi qiymətləndirilməlidir.
     
    16. Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin isthlakı ölüm və ya bədənə xəsarət yetirilməsi ilə nəticələndikdə həmin vasitələri və maddələri vermiş şəxsin hərəkətləri işin hallarından asılı olaraq, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan müvafiq maddələri ilə də tövsif olunmalıdır.
     
    17. Məzhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin qeydində göstərilən «narkotik vasitələrin könüllü surətdə təhvil verilməsi» dedikdə həmin vasitələrlə istədiyi kimi sərəncam vermək imkanına malik olan şəxsin bu vasitələrin hakimiyyət nümayəndəsinə könüllü təhvil verilməsi başa düşülməlidir.
     
    Qeyri-tibbi məqsədlərlə narkotik vasitələr istehlakı ilə əlaqədar olaraq tibb idarələrinə könüllü müraciət etmiş şəxs o halda qanunsuz olaraq narkotik vasitələr əldə edilməsinə, saxlanmasına, daşınmasına və göndərilməsinə görə cinayət məsuliyyətindən azad edilə bilər ki, həmin müraciət narkomaniyadan müalicə olunmaq istəyi ilə əlaqədar olsun və onun ifşa edilməsi ilə bağlı olmasın.
     
    18. Bu cinayətlər üzrə narkotik vasitənin, güclü təsir edən və zəhərli maddənin növü, adı, xüssiyyəti və eləcə də əkilmiş və becərilmiş bitgilərin CM-nin 227-ci və 227-1-ci maddələrində göstərilən növlərinə aid olub-olmaması mütləq ekspertiza rəyi ilə müəyyən edilməlidir.
     
    19. Məhkəmələr narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuh dövriyyəsi ildə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 35-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır.
     
    Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə (məsələn, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, güclü təsir edən və zəhərli mddələrin qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.); cinayətin edilmə şəraitinə (məsələn, belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s.vasitələrdən narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr gücl təsir edən və zəhərli maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin satılması, insan ölümü və səhhətə ziyan vurmaqla nəticələndikdə və s.) diqqət yetirilməlidir.
     
    Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının «Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» 1988-ci il Konvensiyasının tövsiyyələrindən də irəli gədir.
     
    20. Cinayətin mütəşəkkil dəstə tərəfindən edilməsi Azərbaycan Respublikası CM-nin 37-ci maddəsinin 2 bəndində məsuliyyəti ağırlaşdıran hal kimi göstərildiyindən məhkəmələr bu növ cinayətlər üzrə təqsirli şəxslərə cəza təyin edərkəni həmin halı mütləq nəzərə almalıdırlar.
     
    Dəstənin mütəşəkkil olmasını bir qrup şəxsin ediləcək cinayəti əvvəlcədən planlaşdırması, cinayətkar qəsdin həyata keçirilməsi üçün vasitələrin hazırlanması, cinayətin iştirakçılarının seçilməsi və dəstəyə cəlb edilməsi, dəstəyə cəlb olunanların arasında rolların bölünməsi, cinayətin gizlədilməsini təmin edən tədbirlərin görülməsi və sair əlamətlər xarakterizə edə bilər.
     
    21. Məhkəmə narkoman olan təqsirli şəxsə cəza təyin edərkən onun məcburi müalicəyə göndərilməsi məsələsini həll etməlidir. Müalicə belə şəxsə zərərli təsir göstərdikdə bu halda hökmdə Cinayət Məcəlləsinin 55-ci maddəsinin tətbiq edilməməsinin səbəbləri əsaslandırılmalıdır.
     
    22. Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsindən əldə edilmiş mənfəətin, əmlakın, vəsaitlərin və ya digər əşyaların müsadirəsini təmin etmək məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təqsirli şəxsin bank, maliyyə və kommersiya sənədləri üzərinə həbs qoyulmadığı hallarda məhkəmələr bu tədbirin həyata keçirilməsini təmin etməlidir.
     
    23. İstintaq orqanı Azərbaycan Respublikası CPM-nin 147-ci maddəsinin tələblərinə zidd olaraq narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin əldə etmə mənbələri barədə cinayət işi əvəzinə material ayırdıqda, məhkəmələr bu qanun pozuntusuna öz münasibətlərini bildirməlidir.
     
    24. Məhkəmələr Azərbaycan Respublikası CPM-nin 63-cü maddəsinin tələbinə uyğn olaraq, bu kateqoriyadan olan cinayətlərini baş verməsinə kömək edən səbəb və şəraiti müəyyən edib aradan qaldırılması üçün tədbirlər görməlidir.
     
    Həyətyanı və digər torpaq sahələrində qanunsuz olaraq becərilməsi qadağan edilmiş bitgilərin əkilməsi və becərilməsi halları aşkar edildikdə məhkəmələr müvafiq tədbirlər görməlidir.
     
    25. Narkotik vasitələr, güclü təsir edən və ya zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən məhkəmələr istifadəyə yararlı olan narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin əczaçılıq sənayesinə verilməsini, onların istifadə edilməsinə və ixracına icazəsi olan xüsusi dövlət müəssisəsinə verilməsini, yaxud da məhv edilməsini hökmdə mütləq göstərməlidir.
     
    Məhkəmələrə tapşırılsın ki, maddi sübutların məhv edilməsi ilə bağlı hökmlərin icrasına nəzarəti gücləndirsinlər.
     
    26. Yuxarı məhkəmə instansiyaları bu növ işlərin məhkəmələrdə baxılma keyfiyyətinə tələbkarlığı artırmalı, yol verilmiş nöqsanları vaxtında müəyyən edərək aradan qaldırmalıdır.
     
    27. Bu qərarın qəbul edilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkomaniyaya qarşı mübarizəyə yönələn qanunların tətbiq edilməsinə dair məhkəmə təcrübəsi haqqında» 1992-ci il 28 dekabr tarixli 3 saylı qərarı qüvvədən düşmüş hesab edilsin.
     
Baxılıb: 866
Paylaş