Azərbaycan Respublikası Ali Məhkəməsi


Silah, döyüş sursatı və ya partlayıcı maddələrin oğurlanması və qanunsuz dövriyyəsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında

Bölmə: Ali Məhkəmə Plenumunun qərarları 10.02.1998 12:35
  •  
    SİLAH, DÖYÜŞ SURSATI VƏ YA PARTLAYICI MADDƏLƏRİN OĞURLANMASI VƏ QANUNSUZ DÖVRİYYƏSİNƏ DAİR İŞLƏR ÜZRƏ
    MƏHKƏMƏ TƏCRÜBƏSİ HAQQINDA
     
    Plenumun1998-ci il 22 may tarixli 1№-li
     
    QƏRARI
     
    Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi göstərir ki, məhkəmələr müvafiq icazə olmadan odlu silah, döyüş sursatını və ya partlayıcı maddələri gəzdirmə, saxlama, daşıma, əldə etmə, hazırlama və ya satma, onların oğurlanması, habelə odlu silahı diqqətsiz saxlama və müvafiq icazə olmadan soyuq silah gəzdirmə, hazırlama və ya satma işlərinə baxarkən qanunun tələblərinə əsasən düzgün əməl edirlər.
     
    Bununla bərabər işin halları məhkəmələr tərəfindən bəzən tam və hərtərəfli araşdırılmır, silahların, döyüş sursatı və ya partlayıcı maddələrin gəzdirilməsi, saxlanılması, daşınması, əldə edilməsi, hazırlanması, satılması, oğurlanması, cinayətlərinin motivləri və onların əldə edilmə mənbələri müəyyən olunmur.
     
    Azərbaycan Respublikası CM-nin 220 və 220-1-ci maddələrində edilmiş dəyişikliklərlə əlaqədar həmin maddələrə əlavə edilmiş yeni tövsifedici əlamətlərin başa düşülməsində vahid mövqe yoxdur. Cəza təyin edilmə məsələlərində də səhvlərə yol verilir.
     
    Bir qayda olaraq cinayətin baş verməsinə zəmin yaratmış səbəb və şərait kifayət qədər aydınlaşdırılmır.
     
    Qeyd edilən nöqsanları aradan qaldırmaq və məhkəmələrin bu sahədə qanunların tətbiqi ilə bağlı fəaliyyətini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
     
    QƏRARA ALIR:
     
    1. Şəxsin əməllərində Azərbaycan Respublikası CM-nin 220, 220-1 və 220-2-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibinin olmasını həll edərkən, məhkəmələr müttəhimdən götürülən predmetlərin qeyd olunan maddələrlə nəzərdə tutan odlu silah, döyüş sursatı və ya partlayıcı maddələr, habelə soyuq silah növünə aid olub-olmaması məsələsini həll etməlidirlər. Bu zaman «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanununun, müddəaları əsas götürülməlidir.
     
    Təqsirli şəxsin gəzdirdiyi, saxladığı, daşıdığı, əldə etdiyi, hazırladığı, satdığı və ya oğurladığı silahın odlu silaha, döyüş sursatına və ya partlayıcı maddəyə aid olub-olmamasını müəyyən etmək üçün iş üzrə ekspertizanın keçirilməsi zəruridir.
     
    2. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasəne, silah dedikdə canlı qüvvənein və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir.
     
    Odlu və soyud silah, döyüş sursatı, güllə və partlayıcı maddələr həm sənaye, həm də kustar üsulla istehsal edilə bilər.
     
    3.Azərbaycan Resçpublikası CM-nin 220 və 220-1-ci maddələrində nəzərdə tutulan odlu silah dedikdə barıtın və ya digər alışqan maddələrin yanmasından yaranan enerci hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silah başa düşülməlidir. Onlara tüfəng (yivsiz lüləli ov tüfəngindən başqa), karabin, tapança və revolver, avtomat və pulemyot, minaatan, top qumbaraatan və kalibrindən asılı olmayaraq digər odlu silahlar aid edilir.
     
    Odlu silahın, funksional təyinatını müəyyən edən əsas hissələr – lülə, zərbə, buraxılış, bağlayan mexanizmlər və silahın digər hissələri kompleksdə atəş açmağa imkan verdikdə, odlu silah kimi qəbul edilməlidir.
     
    Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülməlidir.
     
    Döyüş sursatlarına hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmsi və minaları, döyüş raketləri, aviabombalar, hərbi-mühəndis atımları (partlayış tbrədici qanadlı, ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibrindən asılı olmayaraq sənaye və kustar üsulla istehsal olunmuş hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronları aid edilir.
     
    Xüsusi təyinatlı döyüş sursatlarına hədəfi məhv etmək üçün nəzərdə tutulmamış, yəni məhv etmə elementləri (mərmisi, gülləsi, karteçi, qırması və s.) olmayan atəşin səsini, işığını və s. aldatma məqsədilə istifadə etməek üçün aldadıcı döyüş patronları və ya işıqlandırıcı, işıqla işarəverici, səsverici, idarəedici fişəng patronları və fişəng atıcıları, gözyaşardıcı qaz patronları və balonları, müəyyən müddətə halsızlaşdıran qurğular, yerüstü sahəni dumanla örtən tüstüburaxıcı patron və qurğular, aşındırıcı xassəli, kimyəvi-hərbi zəhərləyici maddələri olan patronlar, balonlar və qurğular, həmçinin rezin, taxta, plastmass, polietilen materiallardan, yumşaq materiallardan olan kisəciklərə yerləşdirilmiş xırda qurğuşun qırmalı, iynə və şprisli, sink xəlitəsindən mərmiləri olan ağrıdıcı və ya heyvanları müvəqqəti ölümcül vəziyyətə gətirmək üçün nəzərdə tutulmuş patronlar, mıx atan qurğular, arbaletlər, balıq ovlamaq üçün nəzərdə tutulmuş müxtəlif qarpunlar aiddir.
     
    Partlayıcı maddələr dedikdə tezliklə özüyayılan kimyəvi çevrilmə xüsusiyyətlərinə – partlamaya malik kimyəvi birləşmələrdən və ya qarışıqlardan ibarət maddələr başa düşülməlidir.
     
    «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 60-cı bəndinə əsasən, soyuq silah dedikdə konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərər vurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc süngü bıçaqları və s.), habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan (nizə, döyüş baltası, əliçlik, nunçaq, toppuz, beşbarmaq və s.) silah başa düşülməlidir.
     
    4. Məhkəmələr nəzərə almalıdırlar ki, mülki dövriyyədən çıxarılmayan yivsiz lüləli ov tüfənginin qanunsuz gəzdirilməsi, saxlanması, daşınması, əldə edilməsi, hazırlanması, satılması və yap oğurlanması Azərbaycan Respublikası CM-nin 220, 220-1-ci maddələrinin tərkibini yaratmır. Bununla belə dövriyyəsi qadağan edilmiş, uzunluğu 800 mm-dən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanını aradan qaldırmayan odlu ov silahının qanunsuz dövriyyəsi CM-nin yuxarıda qeyd edilən maddələrinin tərkibini yaradır.
     
    Ov tüfənglərindən, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, habelə onun gəzdirilməsi, saxlanması, daşınması, əldə edilməsi, satılması və ya oğurlanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 220 və ya 220-1-ci maddələrinin tərkibini yaradır.
     
     5. Məhkəmələr nəzərə almalıdırlar ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununa görə kalibri 4,5 mm-dən çox olan, gülləsinin uçuş surəti saniyədə 150 metrdən çox olan pnevmatik silahın, habelə odlu silahın idman obyektlərindən kənarda saxlanması, istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağan olunduğundan, həmin nov silahların qanunsuz gəzdirilməsi, saxlanması, daşınması, əldə edilməsi, satılması və ya oğurlanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 220 və ya 220-1-ci maddələrinin tərkibini yaradır.
     
    6. Qanunun mənasına görə partlayıcı maddədən və konstruktiv təyinatına görə partlayış edilməsi üçün qurğulardan ibarət olan müxtəlif partlayıcı qurğuların qanunsuz gəzdirilməsi, saxlanılması, daşınması, əldə edilməsi, hazırlanması, satılması, habelə oğurlanması da müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 220 və 220-1-ci maddələrində nəzərdə tutulan cinayət məsuliyyətini yaradır.
     
    7. Silahın, döyüş sursatının və ya partlayıcı maddələrin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarında, yaxud bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir.
     
    Odlu silahın, döyüş sursatının və ya partlayıcı maddələrin qanunsuz saxlanılması dedikdə, göstərilən predmetlərin binalarda, gizli saxlanc yerlərində, habelə qorunması təmin edilən digər yerlərdə saxlanılması başa düşülməlidir.
     
    Qanunsuz daşıma dedikdə daşıma üsulundan və saxlama yerindən asılı olmayaraq odlu silahın, döyüş sursatının və ya partlayıcı maddələrin yerinin dəyişdirilməsi məqsədilə qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir.
     
    Qanunsuz əldə etmə dedikdə odlu silahın, döyüş sursatının və ya partlayıcı maddələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə tapılmış odlu silah, döyüş sursatının və ya partlayıcı maddələrin mənimsənilməsi və s. hərəkətlər başa düşülməlidir.
     
    Cinayət məsuliyyəti yaradan silahın, döyüş sursatının və ya partlayıcı maddələrin hazırlanması dedikdə, onların yaradılması və ya itirilmiş məhv etmə qabiliyyətinin bərpa edilməsi, habelə onların üzərində dəyişiklik etmə (məsələn, raket atanların, qaz, start və tikinti-montac, məişət və idman təyinatlı inventarların) nəticəsində onların odlu və ya soyuq silah, döyüş sursatı, yaxud partlayıcı maddə xüsusiyyətlərinin əldə etmə vəziyyətinə gətirilməsi başa düşülməlidir.
     
    Qanunsuz satma dedikdə göstərilən əşyaların qanunsuz olaraq hər hansı bir üsulla yayılması (satılması, bəxşiş verilməsi, dəyişdirilməsi, borc əvəzinə verilməsi, borc olaraq verilməsi və s.) başa düşülməlidir).
     
    8. Odlu silahın qeyd etdirilməsi (yenidən qeyd etdirilməsi) üçün qanunvericilikdə müəyyən edilmiş müddətlər bitdikdən sonra odlu silahın saxlanması, daşınması və ya gəzdirilməsi Azərbaycan Respublikası CM-nin 220-ci maddəsinin tərkibini yaratmır. Belə hallarda şəxs inzibati qaydada məsuliyyətə cəlb edilə bilər.
     
    9. Azərbaycan Respublikası CM-nin 220 və 220-1-ci maddələri ilə məsuliyyət nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud oğurlanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır.
     
    Təqsirli şəxs yanılıb funksional istifadə üçün yararlı olmayan odlu silahı, döyüş sursatını, partlayıcı maddəni yararlı hesab edərək oğurlamışsa, onun əməli odlu silahın, döyüş sursatının, partlayıcı maddənin oğurlanmasına sui-qəsd kimi tövsif edilməlidir.
     
    10. Qanunun mənasına görə, odlu silahın, döyüş sursatının və ya partlayıcı maddələrin oğurlanması dedikdə belə predmetləri mənimsəmək və ya başqa şəxsə vermək, habelə öz mülahizəsinə uyğun şəkildə istifadə etmək məqsədilə onları hər hansı üsulla (quldurluq istisna olmaqla) olursa-olsun ələ keçirmə başa düşülməlidir.
     
    Odlu silah, döyüş sursatı və ya partlayıcı maddələr dövlət və ya digər müəssisə və təşkilatlardan, eləcə də onların qanuni və ya qanunsuz yolla əldə etmiş ayrı-ayrı vətəndaşlardan oğurlandıqda, Azərbaycan Respublikası CM-nin 220-1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət yaranır.
     
    11. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası CM-nin 220-ci maddəsində göstərilən təkrarlıq əlamətinə görə məsuliyyət təqsirkar şəxsin həmin maddədə sadalanan cinayətlərdən hər hansı birini etməyə görə əvvəlllər məhkum olunub-olunmamasından asılı olmayaraq yaranır.
     
    Azərbaycan Respublikası CM-nin 220-1-ci maddəsində göstərilən təkrarlış əlaməti təqsirkar şəxsin əvvəllər odlu silahın, döyüş sursatının və ya partlayıcı maddələrin oğurlanmasına görə məhkum olunub-olunmamasından asılı olmayaraq yaranır.
     
    Cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə, məhkumluq qanunda nəzərdə tutulan qaydada ödənildikdə və ya götürüldükdə təkrarlıq əlaməti yaranmır.
     
    Azərbaycan Respublikası CM-nin 220-ci maddəsinin 1-ci hissəsində göstərilən hərəkətlər fövqəladə və ya hərbi vəziyyət elvn olunmuş ərazidə törədildikdə, təqsirkar şəxsin əməlləri müvafiq olaraq həmin maddənin 2-ci və 4-cü hissələri ilə tövsif olunmalıdır.
     
    Odlu silahın, döyüş sursatının və ya partlayıcı maddələrin fövqəladə və ya hərbi vəziyyət götürüldükdən sonra saxlanılması, gəzdirilməsi və daşınması onların fövqəladə və ya hərbi vəziyyət elan olunmuş ərazidə saxlanılması, gəzdirilməsi və daşınması kimi qiymətləndirilə bilməz.
     
    12. Məhkəmələr Azərbaycan Respublikası CM-nin 220-ci maddəsinin 2-ci və 4-cü hissələrində nəzərdə tutulmuş odlu silah, döyüş sursatı və ya partlayıcı maddələrin gəzdirilməsi, saxlanılması, daşınması, əldə edilməsi, hazırlanması və ya satılmasının külli miqdarda olması məsələsini həll edərək, həmin predmetlərin növünü, miqdarını, döyüş xüsusiyyətlərini və dəyərini nəzərə almalıdırlar.
     
    13. Azərbaycan Respublikası CM-nin 220-1-ci maddəsində nəzərdə tutulmuş odlu silahın, döyüş sursatının və ya partlayıcı maddələrin xidməti istifadəsinə verilmiş şəxs tərəfindən oğurlanması dedikdə, həmin əşyaların şəxsən və ya müəyyən müddətdə xüsusi vəzifələri yerinə yetirmək üçün (məsələn: qaravulçu, növbə üzrə asayişin mühafizəsində iştirak edən, müəyyən qaydalar üzrə daimi silah gəzdirmək hüququ olan polis əməkdaşları, keşikçi, inkassatorun öz xidməti vəzifələrini yerinə yetirdiyi zaman) verilən şəxs tərəfindən oğurlanması başa düşülür.
     
    Mühafizə üçün etibar olunduğu şəxs tərəfindən odlu silahın, döyüş sursatının və ya partlayıcı maddələrin oğurlanması dedikdə, onların anbardan və ya başqa saxlanc yerindən nəinki onları qoru yub mühafizə etmək vəzifələrini yerinə yetirən şəxs, həmçinin onların xidməti vəzifələri ilə əlaqədar öhdəsində olduğu vəzifəli və maddi məsuliyyətli şəxs tərəfindən oğurlanması başa düşülməlidir.
     
    14. Odlu silahın, döyüş sursatının və ya partlayıcı maddələrin quldurcasına basqın yolu ilə oğurlanması, onlara sahib olmaq məqsədilə hücuma məruz qalanın həyatı və səhhəti üçün təhlükəli olan zorakılıqla edildiyi və ya belə zor tətbiq etmək hədəsi ilə basqın edildiyi andan bitmiş hesab olunur.
     
    15. Azərbaycan Respublikası CM-nin 219 və 220-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayət tərkiblərini fərqləndirərkən məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası CM-nin 219-cu maddəsində nəzərdə tutulmuş cinayətin subyekti yalnız xidməti vəzifə ilə əlaqədar partlayıcı maddələrin inanııb tapşırıldığı şəxslər ola bilər.
     
    16. Müvafiq icazə olmadan odlu silah, döyüş sursatı və partlayıcı maddələr gəzdirmə, saxlama, daşıma və ya satma müstəqil cinayət tərkbi kimi müəyyən edildiyi üçün belə predmetlərin oğurlanması və onların sonrakı daşınması, gəzdirilməsi,saxlanması və satışı Azərbaycan Respublikası CM-nin 220 və 220-1-ci maddələrinin 1-ci hissələrində nəzərdə tutulmuş cinayətlərin real məcmusu qaydasında tövsif edilməlidir.
     
    17. Odlu silahın, döyüş sursatının və ya partlayıcı maddələrin oğurlanması, eləcə də onların gəzdirilməsi, saclanmsası, daşınması, əldə edilməsi və hazırlanması cinayətləri başqa cinayət törətmək məqsədilə edildidə, təqsirli şəxsin əməli cinayətlərin məcmusu ilə bitmiş cinayət kimi Azərbaycan Respublikası CM-nin 220 və 220-1-ci maddələri və başqa cinayətin edilməsi üçün hazırlıq kimi tövsif edilməlidir.
     
    18. Təqsirli şəxsin diqqətisizliyi nəticəsində onda qanunsuz saxlanılan odlu silah başqa şəxs tərəfindən istifadə edildikdə və bu ağır nəticələrə səbəb olduqda, təqsirli şəxsin əməlləri Azərbaycan Respublikası CM-nin 220-ci maddəsinin 1-ci hissəsinin dispozisiyası ilə əhatə edildiyindən həmin əməlləri əlavə olaraq CM-nin 221-ci maddəsi ilə tövsif olunmasına ehtiyac yoxdur.
     
    19. Azərbaycan Respublikası CM-nin 220-ci maddəsinin qeydində göstərilən və cinayət məsuliyyətindən azad etmək üçün əsas götürülən «könüllü surətdə təhvil vermə» dedikdə, odlu silaha, döyüş sursatına və ya partlayıcı maddələrə istədiyi kimi sərəncam vermək imkanına malik olan şəxsin motivindən asılı olmayaraq, bu predmetlərin təqdim edilməsi və ya onların saxlanıldığı yer barədə məlumat verilməsi başa düşülməlidir.
     
    Müvafıq icazə olmadan odlu silahı, döyüş sursatını və ya partlayıcı maddələri özündə saxlayan, əldə edən, hazırlayan, daşıyan və ya gəzdirən şəxslər həmin predmetləri könüllü surətdə təhvil verdikdə cinayət məsuliyyətindən azad edilirlər.
     
    20. Məhkəmələr bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edərkən, onların hərəkətlərinin məqsəd və motivini, oğurlanmış silahın, döyüş sursatının və ya partlayıcı maddələrin əldə edilmə mənbəyini və ələ keçirmə üsulunu, onların növünü, miqdarını, döyüş xüsusiyyətlərini və dəyərini nəzərə almalıdırlar.
     
    Odlu silahın, döyüş sursatının və ya partlayıcı maddələrin ictimai fəlakət şəraitindən istifadə olunaraq oğurlanması cinayətinə görə cəza təyin edilərkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 38-ci maddəsinin 8-ci bəndinə əsasən həmin halı məsuliyyəti ağırlaşdırıcı hal kimi nəzərə almalıdırlar.
     
    21. Məhkəmələr odlu silahın, döyüş sursatının və partlayıcı maddələrin oğurlanmasına kömək etmiş səbəb və şəraitin aşkar edilib aradan qaldırılmasına diqqəti artırmalı, vəzifəli şəxslər tərəfindən etibar edilmiş silahın, döyüş sursatının və partlayıcı maddələrin diqqətsiz saxlanılması, silah saxlanılan yerlərin lazımi avadanlıqla təmin edilməməsi və mühafizəsiz saxlanılması, onların qeydiyyat  qaydasının pozulması ilə verilməsi, göndərilməsi, düzgün istifadə və tətbiq edilməməsi barədə hər bir fakta qanunla müəyyən edilmiş qaydada münasibətlərini bildirməlidirlər.
     
    22. Bu qərarın qəbul edilməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası ərazisində SSRİ Ali məhkəməsi Plenumunun «Müvafiq icazə olmadan odlu silah, döyüş sursatı və ya partlayıcı maddələr oğurlama, gəzdirmə, saxlama, əldə etmə, hazırlama və ya satmaq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 1984-cü 20 sentyabr tarixli 7 saylı qərarı tətbiq edilməsin.
Baxılıb: 384
Paylaş