Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmədə cəzaların təyin edilməsi və qətimkan tədbirlərinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsi müzakirə edilib

Bölmə: Xəbərlər 12.05.2022 17:00
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin sədrliyi ilə ölkə üzrə apellyasiya və ağır cinayətlər məhkəmələrinin, həmçinin bir sıra birinci instansiya məhkəmələrinin rəhbərlərinin iştirakı ilə iclas keçirilmişdir.

    İclasın keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamından və “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrasından irəli gələn məsələlərin müzakirəsi olmuşdur.

    İclasda ölkəmizdə həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində görülən işlər və hazırki mövcud vəziyyət təhlil edilib,  gələcəkdə bu sahədə görülməli işlər barədə tövsiyələr verilib.

Baxılıb: 603
Paylaş