Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin sədri Zaqatalada vətəndaşları qəbul edəcək

Bölmə: Xəbərlər 13.06.2022 10:19
  • Vətəndaşların nəzərinə!

    Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev iyunun 17-də Zaqatala rayonunda Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

    Vətəndaşların qəbulu Zaqatala Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Zaqatala şəhəri, Faiq Əmirov küçəsi 201) saat 10:00-da başlanacaq.

    Vətəndaşlar qəbula Zaqatala, Balakən və Qax rayon məhkəmələrində  (əlaqə telefonları:  (050) 529-12-03, (051) 496-58-36 və (070) 234-34-02), habelə Ali Məhkəmənin (050) 245-54-20 telefon nömrəsi və ya qebul@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

    Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

    Azərbaycan Respublikası

    Ali Məhkəməsi

Baxılıb: 769
Paylaş