Azərbaycan Respublikası Ali Məhkəməsi


Özgə əmlakın qanunsuz ələ keçirmə və talama işləri üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbigi təcrübəsi haqqında

Bölmə: Ali Məhkəmə Plenumunun qərarları 3.02.1999 12:35
  • ÖZGƏ ƏMLAKINI QANUNSUZ ƏLƏ KEÇİRMƏ VƏ TALAMA İŞLƏRİ ÜZRƏ QANUNVERİCİLİYİN MƏHKƏMƏLƏR TƏRƏFİNDƏN TƏTBİQİ TƏCRÜBƏSİ HAQQINDA
     
    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 9№-li
     
    Q Ə R A R I
     
    Əlavə və dəyişiklik:
    31 yanvar 2002, № 1
     
    Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar mülkimyyət anlayışı yeni məna kəsb etmişdir. Konstitusiyanın 13 və 29-cu maddələrinə görə mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ qanunla qorunur.
     
    Mülkiyyətin mühafizəsi sahəsində konstitusion mülkiyyətə qarşı cinayətkar qəsd edilərkən mülkiyyətin növündən asılı olaraq belə əməllərə fərqli hüquqi qiymət verilməsi barədə əvvəllər mövcud olmuş təcrübəni aradan qaldırmağa imkan vermişdir. Konstitusiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi qanunvericiliyi təkmilləşdirmə məqsədilə«Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrə dəyişikliklər və əlavələr edilmiəsi barədə» 1998-ci il 7 aprel tarixli Qanun qəbul etmişdir. Həmin qanunda növündən asılı olmayaraq mülkiyyətin cinayətkar qəsdlərdən mühafizəsinə eyni cür münasibət ifadə olunmuşdur.
     
    Bununla əlaqədar bu növ cinayətlər üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq ollunması təcrübəsti barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun əvvəllər qəbul etdiyi rəhbər göstərişlər mövcud qanunvericiliyin tələblərinə cavab vermir.
     
    Özgə əmlakını qanunsuz ələ keçirmə və talama cinayətləri üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi sahəsində vahid təcrübə yaratmaq məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
     
    QƏRARA ALIR:
     
    1. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası Ctnayət Məcəlləsinin mülkiyyət əleyhinə olan cinayətlər fəslindəki cinayət əməllərinə görə məsuliyyət nəzərdə tutan normalarda qanunsuz ələ keçirmə cinayətlərinin prednetini təşsirli şəxsin sahibliyi, istifadəsi və sərəncamında olmayan özgə əmlak, talama cinayətinin predmetini isə təqsirli şəxsə müəyyən məqsədlə inanılıb tapşırılmış özgə əmlakı təşkil edir.
     
    2. Cinayət Məcəlləsinin 93-3-cü maddəsində nəzərdə tutulmuş gizli oğurluq dedikdə özgəsinin əmlakını qanunsuz olaraq zərərçəkən şəxs və ya kənar şəxsdən gizli, eləcə də onların yanında olsa da, onlardan xəbərsiz götürülməsi başa düşülməlidir.
    Əgər zərərçəkən şəxs və ya digər şəxs oğurluq edildiyini dərk etsə də, lakin şəraitdən asılı olaraq təşqsirli şəxsin hərəkətlərinin gizli xarakterdə olduğunu zənn edirsə, belə hallarda da əməl gizli oğurluq kimi tövsif edilməlidir.
     
    Tapşırılmış işlə, yaxud xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar əmlakın olduğu yerə müstəqil gedib gələ bilən şəxs tərəfindən bu əmlakın qanunsuz götürülməsi oğurluq kimi tövsif olunmalıdır.
     
    Ər-arvaddan hər hansı birinin ümumi mülkiyyətlərində olan əmlakı gizli götürməsi oğurluq cinayətinin tərkibini yaratmır.
     
    3. Özgə əmlakının qanunsuz götürülməsi zərərçəkən və ya digər şəxslərin yanında aşkar vəziyyətdə həyata keçirilirsə, bu əməl soyğunculuq kimi qiymətləndirilməlidir.
     
    Əgər təqsirli şəxs gizli oğurluq kimi başladığı hərəkətlərinin aşkar xarakter aldığını dərk edərək əmlakı ələ keçirmək və ya əldə saxlamaq üçün hərəkətini davam etdirərsə, əməl soyğunçuluq kimi, zərərçəkən şəxsin həyatı və ya səhhəti üçün təhlükəli zorakılıqla və ya belə zor tətbiqetmə hədəsi ilə edilərsə quldurluq kimi tövsif olunmalıdır.
     
    Oğurluq başa çatdıqdan sonra tutulmaqdan yaxa qurtarmaq və ya gizlətmək məqsədilə zorakılıq hərəkətləri edilərsə, əməl təkcə soyğunçuluq deyil, həm də xarakteri və nəticəsinə görə əlavə olaraq Cinayət Məcəlləsinin müvafiq maddələri də tövsif olunmalıdır.
     
    4. Zərərçəkən şəxsin həyatı və ya səhhəti üçün təhlükəli olmayan zorakılıq göstərmə və yaxud belə zor işlətmək hədəsi dedikdə (Cinayət Məcəlləsinin 93-4-cü malldəsinin 2-ci hissəsi) zərərçəkən şəxsin orqanizminə həyat və yav səhhət üçüne təhlükəli olmayan maddələr yeridilməsi, vurma, sməhhtin qısa müddətə pozulmasınqa, yaxud əmək qabiliyyətiinin uzun müddətə cüzi itirilmiəsinə səbəb ollmayan qəsdən bədənə yüngül xəsarət yetirmə, zərərçsəkənin azadlığını msəhdudlaşdırma, həyat və ya səhhət üçün təhlükəlit olmayan fiziki ağrılar yetirmə, habelə belə xarakterdə zor işlətməklə hədələmə başa düşülməlidir.
     
    5. Zərərçəkən şəxsin həyatı və ya səhhəti üçün təhlükəli zorakılıq və ya belə zor tətbiqetmə hədəsi dedikdə(Cinayət Məcəlləsinin 93-5-ci maddəsinin 10-cu hissəsi) zərərçəkənin orqanizminə həyat və ya səhhət üçün təhlükəli olan maddələr (güclü təsir edən, bihuşedici, zəhərləyici) yeridilməsi, zərərçəkən şəxsə az ağır bədən xəsarəti, yaxud səhhətin qısa müddətə pozulmasına və ya əmək qabiliyyətinin uzun müddətə cüzi itirilməsinə səbəb olan xəsarət yetirmə, həmçinin belə ziyan vurmasa da, yetirilən anda zərərçəkən şəxsin həyatı və ya səhhəti üçün real təhlükə törədən zorakılıq hərəkətləri, habelə belə zor tətbiqi hədəsi ilə edilən hərəkətlər başa düşülməlidir.
     
    6. Özgə əmlakını qanunsuz götürmək məqsədilə hücuma məruz qalan zərərçəkən şəxsə ağır bədən xəsarəti yetirildikdə, belə əməl yalnız Cinayət Məcəlləsinin 93-5-ci maddəsinin 2-ci hissəsi ilə tövsif olunmalıdır.
     
    Əgər ağır bədən xəsarəti zərərçəkənin ölümü ilə nəticələnərsə, onda əməl Cinayət Məcəlləsinin 102-ci maddəsinin 2-ci hissəsi və 93-5-ci maddəsinin 2-ci hissəsi ilə cinayətlərin məcmusu qaydasında tövsif olunmalıdır.
     
    Özgə əmlakını qanunsuz götürmək məqsədilə edilən basqın ölümlə nəticələnərsə, belə əməl Cinayət Məcəlləsinin 93-5-ci maddəsinin müvafiq hissəsi və 94-cü maddəsinin 1-ci bəndi ilə tövsif olunmalıdır.
     
    7. Soyğunçuluq və quldurluğu özgəsinin əmlakını və ya ona olan hüquqları zorla tələb etmədən fərqləndirərək nəzərə alınmalıdır ki, özgəsinin əmlakını və ya onda olan hüquqları zorla tələb etmədə zor tətbiq etmə hədənin təsirinin gücləndirilməsi vasitəsidirsə, soyğunçuluq və quldurluqda, o, əmlakı ələ keçirmə və yaxud onu əldə saxlama üsuludur.
     
    Özgə əmlakını və ya ona olan hüquqları zorla tələb etmədə təsirli şəxsin qəsdi tələb olunan əmlakın və ya ona olan hüququn gələcəkdə əldə edilməsinə yönəlmişdirsə, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya dərhal sonra baş verir.
     
    8. Cinayət Məcəlləsinin 93-8-ci maddəsində nəzərdə tutulmuş mənimsəmə yolu ilə talama dedikdə təqsirli şəxs tərəfindən müəyyən məqsədlə ona inanılıb tapşırılmış özgə əmlakının qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün özündə saxlanılması, qaytarılmaması, israfetmə yolu ilə talama dedikdə isə həmin əmlakın qanunsuz olaraq özgəninkiləşdirilməsi başa düşülür.
     
    Mənimsəmə və ya israfetmə yolu ilə özgəsinin əmlakını taldama əmlakın oğurluq yoldu ilə qanunsuz götürülməsindən bununla fərqlənir ki, birinci halda təqsirli şəxs taladığı özgə əmlak barəsində ona edilmiş etiibardan istifadə edir.
     
    Əmlakın onlara müəyyən məqsədlə inanılıb tapşırılmayan şəxslər mənimsəmə yolu ilə talamada bilavasitə iştirak etdikləri hallarda, Cinayət Məcəlləsinin 93-8-ci maddəsi ilə, iştirakçılığın digər hallarında isə Cinayət Məcəlləsinin 17, 93-8-ci madldələri ilə məsuliyyət daşıyırlar. Dövlət orqanlarının vəzifəli şəxsləri ilə vəzifəsiz şəxslərin birlikdə bilə-bilə saxta sənədlər əsasında özgə əmlakını öz mülkiyyətinə və ya başqa şəxslərin mülkiyyətinə keçirməsi vəzifəli şəxslər üçün mənimsəmə və ya israfetmə yolu ilə talama və vəzifə saxtakarlığtı kimi cinayətlərin məcmusu üzrə, başqa şəxslər üçün isə mənimsəmə və ya israfetmə yolu ilə talama kimi, müvafiq hallarda isə vəzifə saxtakarlığında iştirakçılıq kimi tövsif edilmiəlidir.
     
    9. Çıxarılıb. (1)
     
    10. Çıxarılıb. (1)
     
    11. Quldurluq cinayətində əməl əmlakı ələ keçirmək niyyətilə basqın həyata keçirilən andan başa çatmış olur.
     
    Özgə əmlakının qanunsuz ələ keçirilməsinin digər hallarında isə ələ keçirilən əmlak üzərində şəxsin müstəqil sərəncam vermək imkanı yaranan andan belə qanunsuz götürmə bitmiş sayılır.
     
    12. Mühafizə olunan ərazidən özgə əmlakının çıxarılmasında oğurluq edənə qəsdən kömək etmiş və ya oğurluq üçün maneələri başqa üsulla aradan qaldırmış mühafizə işçisi özgə əmlakının oğurluq yolu ilə qanunsuz götürülməsində, yaxud mənimsəmə və ya israfetmə yolu ilə talanmasında iştirakçılığa görə məsuliyyət daşıyır.
     
    13. Avtomaşının içərisindəki əmlakları (maqnitofon, kaset və s.), yaxud avtomaşının hissələrini gizli oğurlamaq məqsədilə qaçıran şəxsin əməli Cinayət Məcəlləsinin 93-3-cü maddəsinin dispozisiyası ilə tam əhatə olduğundan, belə əməlin əlavə olaraq həmin Məcəllənin 213-cü maddəsi ilə tövsif olunmasına ehtiyac yodur.
     
    Bununla yanaşı, nəzərə almaq lazımdır ki, əməl o zaman Cinayət Məcəlləsinin 93-3-cü və 213-cü maddələrinin məcmusu ilə tövsif edilə bilər ki, təqsirkarda maşını qaçırdıqdan sonra əmlakı ələ keçirmək qəsdi yaranmış olsun.
     
    14. Özgə əmlakını bir neçə dəfə qanunsuz götürmə və ya talamaqlda ümmilikdə külli mrşdarda ziyan vurmuş təqsirli şəxsin hərəkətləri eyni üsulla edilmişsə və qanunsuz götürmə və ya talama qəsdən külli miqdarda edildiyini sübuta yetirən hallar mövcuddursa, əməl külli miqdarda qanunsuz götrməyə və ya talamaya görə məsuliyyət nəzərdə tutan maddələrlə tövsif olunmalıdır.
     
    Bir neçə şəxsin əmlakının oğrlandığı halda, təqsirli şəxsin əməlində zərərçəkən şəxsə mühüm, xeyli və ya külli mriqdarda ziyan vurma kimi tövsifedici əlamətlərin olması məsələsi, bütün oğurlanmış əmlakın ümumi dəyəri ilə deyil, hər bir konkret şəxsə vurulmuş ziyanın miqdarı əsas götürülməklə həll olunmalıdır.
     
    15. Əgər oğurluq edərkən təqsirli şəxsin qəsdi külli miqdarda özgə əmlakını ələ keçirməyə yönəlmişdirsə və bu qəsd təqsirli şəxsin iradəsindən asılı olmayan səbəblərə görə həyata keçirilməmişdirsə təqsirli şəxsin əməli oğurlanmış özgə əmlakının miqdarından asılı olmayaraq külli miqdarda qanunsuz götürməyə sui-qəsd kimi Cinayət Məcəlləsinin 15, 93-3-cü maddəsinin 4-cü hissəsi ilə tövsif olunmalıdır.
     
    Özgə əmlakının qanunsuz yolla götürülməsi və ya talanması zərərçəkənin digər əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda ikinci hal üçün təqsirli şəxsin hərəkətində cinayət qaydasında cəzalandırılmalı olan başqa cinayətin əlamətləri vardırsa əməl cinayətlərin məcmusu qaydasında tövsif olunmalıdır.
     
    16. Qanunsuz götürülmüş və ya talanmış əmlakın dəyəri Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin «Əmtəə-material sərvətlərinin və digər əmlakın çatışmazlığından, oğurlanmasında və xarab edilməsindən dəymiş ziyanın məbləğinin hesablanması qaydası haqqında» 1993-cü il 1 fevral tarixli Təlimatına əsasən cinayət bğaş vermiş tarixdə qüvvədə olan, dövlət tərəfindən tənzimlənən pərakəndə satış qiymətləri ilə, dövlət tərəfindən tənzimlənmədiyi halda isə sərbəst pərakəndə satış qiymətləri ilə hesablanır. Pərakəndə satış qiyməti olmayan əmtəə-material sərvətlərinin və digər əmlakın çatışmahlığından, oğurlanmasından və xarab edilməsindən vətəndaşları, müəssisə, idarə və təşkilatlara dəymiş ziyanın məbləği hadisə baş verdiyi anda qüvvədə olan qaydada hesablanmış topdansatış, satınalma qiymətlərinə müvafiq ticarət əlavəsi daxil edilməklə hesablanır. Əgər bu qayda ilə qiymət hesablamaq mümkün olmazsa, onda dəymiş ziyan ekspert rəyi əsasında müəyyən edilir.
     
    Silah və hərbi əmlaka daxil edilən digər sursatların oğurlanması, israf edilməsi, itirilməsi, çatışmazlığı və xarab edilməsindən dəymiş ziyanın həcminin hesablanması qaydası onların spesifik xüsusiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikası Müdafiə və Daxili İşlər nazirlikləri tərəfindən müəyyən edilir.
     
    17. Nəzərə alınmalıdır ki, məhkəmədə işə baxılana qədər minimum əmək haqqı məbləği mislinin dəyişdirilməsindən asılı olmayaraq ziyanın məbləği cinayət törədilən vaxtda mövcud olan minimum əmək haqqı məbləğinin misli ilə hesablanmalıdır.
     
    18. Bir qrup şəxsin özgə əmlakını qanunsuz götürməsi və ya talaması dedikdə, qabaqcadan və ya cinayətin törədilməsi gedişində razılığa gəlmiş iki və ya daha çox şəxsin iştirakı ilə əmlakın qanunsuz götürülməsi və ya talanması başa düşülməlidir.
     
    Bir qrup şəxs tərəfindən özgəsinin əmlakı oğurluq və ya soyğunçuluq yolu ilə ələ keçirilərkən onlardan biri digər iştirakçılarla razılaşmadan (icraçının ekssesif) zərərçəkən şəxsin həyatı və ya səhhəti üçün təhlükəli olan zorakılıq hərəkətləri etdikdə və ya belə zorakılıq tətbiq ediləcəyi ilə hədələdikdə, onun əməli quldurluq kimi, digərlərinin hərəkəti isə müvafiq olaraq oğurluq və ya soyğunçuluq kimi tövsif olunmalıdır.
     
    19. Mütəşəkkil dəstə dedikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan «Mütəşəkkil dəstə» anlayışının şərh edilməsi haqqında» 1999-cu il 20 aprel tarixli Qərarına görə bir və ya bir neçə cianyət törədilməsi üçün əvvəlcədən birləşmiş iki və yaxud daha çox şəxslərdən ibarət olan möhkəm cinayətkar qrup başa düşülməlidir.
     
    Mütəşəkkil dəstənin möbhkəmliyini onun tərkibinin və təşkilati qurumlarının sabitliyi, üzvlərinin birliyi (sıxlığı) cinayətkar fəaliyyətin forma və üsullarının daimliyi xarakterizə edir.
     
    Mütəşəkkil dəstənin başqa cinayətkar qruplardan fərqləndirilməsi üçün istifadə edilə biləcək digər xüsusiyyətlərlə yanaşı, ilk növbədə aşağıdakı əsas xüsusiyyətlər nəzərə alınmalıdır.
     
    Dəstədə təşkilatçı və ya başçının irəli sürülməsi və ciddi intizamın gözlənilməsi, cinayət niyyətlərinin ümumiliyi, cinayətin törədilmə planının işlənib hazırlanması və bunun üçün mükəmməl hazırlıq görülməsi, cinayət törədilməsində rolların bölüşdürülməsi, cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi, cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifalə olunmasının mümkünlüyü, hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması, cinayət yolu ilə əldə edilmiş mənfəətlərin qrupun strukturlarında olan mövqelərə uyğun bölüşdürülməsi.
     
    20. Məhkəmələr təqsirli şəxsin əməlində «yaşayış sahəsinə, binaya, anbara və yaxud başqa saxlanc yerlərinə girmə» kimi tövsifedici əlamətlərin mövcudluğu məsələsini həll edərkən aşağıdakıları nəzərə almalıdırlar:
    «Girmə» dedikdə özgəsinin əmlakını qanunsuz götürmə məqsədilə maneələri, adamların müqavimətini dəf etməklə və bunsuz yaşayış sahəsinə, binaya, anbara və yaxud başqa saxlanc yerlərinə gizli və ya açıq yolla girmə, yaxud həmin obyektlərə girmədən müəyyən alətlər işlətmək yolu ilə qanunsuz götürmənin predmetlərinin ələ keçirilməsi başa düşülməlidir.
     
    «Yaşayış sahəsi» adamların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulan (fərdi ev, mənzil, mehmanxana otağı, gəminin kayutası, sərnişin qatarının kupesi, bağ evi və s.), habelə onların əmlakının saxlandığı və ya digər tələbatının ödənildiyi istirahət üçün nəzərdə tutulan (eyvanlar, şüşəbəndlər, anbarlar, bədii emalatxanalar və s.) yerlər hesab edilməlidir.
     
    «Bina» dedikdə adamların, maddi sərvətlərin daimi və ya müvəqqəti yerləşdirilməsi üçün olan tikililər başa düşülməlidir (xəstəxanalar, muzeylər, əmanət kassaları, mağazalar, emalatxanalar və s.)
     
    «Anbar və və yaxud başqa saxlanc yerləri» dedikdə maddi sərvətlərin və ev heyvanlarının daimi və ya müvəqqəti saxlanması üçün ayrılmış, hasarlanmış və ya texniki vasitələrlə təchiz edilmiş, həmçinin gözətçi tərəfindən qorunan və ya başqa cür mühafizə olunan sahə, ərazi, səyyar avtodükanlar, refriceratorlar, konteynerlər, seyflər və buna bənzər yerlər başa düşülməlidir.
     
    Bununla yanaşı, saxlama üçün yox, hər hansı məhsulun yetişdirilməsi üçün nəzərdə tutulan sahə, parnik «başqa saxlanc» yeri anlayışına daxil deyildir.
     
    21. Sındırma yolu ilə girmə dedikdə təqsirli şəxsin yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə girərək orada olan əmlakı aşkar edib ələ keçirmə məqsədi ilə divarların, tavanın, döşəmənin, qapıların, pəncərələrin sökülməsi, sındırılıb qırılması, qoparılıb çıxarılması, dağıdılması, eləcə də qapılarda, pəncərələrdə, nəfəsliklərdə və s. olan qıfıl, cəftə, dəmir barmaqlıqların sındırılması, qoparılması, deformasiyaya uğradılması, yəni tamlığının pozulması yolu ilə içəri girməsi və s. başa düşülür.
     
    Texniki və digər xüsusi vasitələrdən istifadə etməklə yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə girmə dedikdə, cinayət hadisəsini töbrədən şəxsin alət və vasitələrdən istifadə etməsi başa düşülür. Belə alət və vasitələr sırasına ya xüsusi olaraq bu məqsədlə hazırlanmış predmetlər (məsələn, qıfıl açmaq üçün açar əvəzinə işlədilən qarmağa oxşar alət-kilidaçan), yaxud cinayətkar tərəfindən əmlakın götürülməsi üçün uyğunlaşdırılmış predmetlər (məsələr, dili yonulmuş açar), yaxud cinayət edilməsi və ya əmlakın qanunsuz götürülməsini asanlaşdırmaq üçün istifadə edilən predmetlər (məsələn, balta, lom, iskənə, yeyə və s.) aiddir. Nəqliyyat vasitələrindən birbaşa təyinatı üzrə deyil, oğurluq əmlakı ələ keçirmək üçün maneələri aradan qaldırmaq vasitəsi kimi istifadə edildikdə də bu, oğurluğu texniki vasitələrdən istifadə etməklə törədilməsi kimi başa düşülə bilər (məsələn, buldozerlə divarı dağıdıb anbara yol açmaq, yaxud nəşliyyat vasitəsinin trosu ilə pəncərənin dəmir barmaqlığını dartaraq söküb çıxartmaq və s.)
     
    Xüsusi birliklərdən istifadə etməklə girmə dedikdə təqsirli şəxsin özgə əmlakını ələ keçirmə məqsədi ilə seyf qapılarını və sair kilidlərini açıb girməsi və yaxud həmin ğiliklərdən istifadə edib kompyuterlərdə olan məlumatları aşkarlamaqla özgə əmlakını qanunsuz ələ keçirməsi və s. başa düşülür.
     
    22. Oğurluq etmiş şəxsin əməlində yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə girmə məsələləri müzakirə edilərkən təqsirli şəxsin hansı məqsədlə yaşayış sahəsində və s. olması və onda əmlakın ələ keçirilməsi niyyətinin nə vaxt yaranmasının aydınlaşdırılması zəruridir.
     
    Əvvəlcədən oğurluq məqsədi olmadan yaşayış sahəsində, binada, anbarda və yacud başqa saxlanc yerlərində olmuş şəxs sonradan həmin yerlərdə özgəsinin əmlakını ələ keçirmişsə, bu əməl yaşayış sahəsinə, binaya, anbara və yaxud başqa saxlanc yerlərinə girməklə edilən oğurluq kimi qiymətləndirilə bilməz.
     
    Əgər təqsrli şəxs oğurluq məqsədilə, gizli yolla yaşayış sahəsinə, binaya, anbara və yaxud başqa saxlanc yerlərinə girmiş və sonradan da açıq şəkildə oğurluğu davam etdirmişdirsə, bu halda əməl xarakterindən asılı olaraq yaşayış sahəsinə, binaya, anbara və yaxud başqa saxlanc yerlərinə girməklə soyğunçuluq və ya quldurdluq kimi tövsif edilməlidir.
     
    Oğurluq etmək üçün yaşayış sahəsinə, binaya, anbara və yaxud başqa saxlanc yerləri nə girmiş şəxsin oğurluq kimi başlanmış, lakin sonradan əmlakın ələ keçirilməsi üçün, yaxud bilavasitə əmlak ələ keçirdikdən sonra onun əldə saxlanmağı üçün zor tətbiq etməsi ilə müşayiət olunan hərəkəti də eyni ilə tövsif olunmalıdır.
     
    23. Özgəsinin əmlakını ələ keçirmək məqsədi ilə yaşayış sahəsinə binaya, anbara və yaxud başqa saxlanc yerlərinə girməklə oğurluq bir dəstə şəxsin qabaqcadan əlbir olması ilə, yaxud təkrarən, yaxud xüssusi təhlükəli residivist və yaxud mütəşəkkil dəstə tərəfindən və ya külli mişqdarda edilmişsə, təşsirli şəxsin əməli Cinayət məcəlləsinin yalnız 93-3-cü maddəsinin 4-cü hissəsi ilə tövsif olunmalı, hökmdə isə bütün tövsifedici əlamətlər göstərilməlidir.
     
    24. Özgə əmlakını qanunsuz götürmə, təkrarən və ya bir qrup şəxs tərəfindən və ya yaşaış sahəsinə, binaya, anbara və yaxud başqa saxlanc yerlərinə girməklə və ya zərər çəkən şəxsə mühüm və ya xeyli ziyan vurulmaqla törədilən oğurluq cinayətləri sındırmaqla, texniki və digər xüsusi vasitələrdən və yaxud xüsusi biliklərdən istifadə etməklə törədildikdə, belə hərəkətlər Cinayət Məcələlsinin 93-3-cü maddəsinin yalnız 3-cü hissəsi ilə tövsif olunur, hökmün təsviri hissəsində isə bütün tövsifedici əlamətlər göstərilir.
     
    25. İzah edilsin ki, özgəsinin əmlakına qanunsuz yiyələnmə kimi ümumi bir məqsəd daşıyan, təqsirli şəxsin vahid qəsdi ilə əhatə olunan və öz cəminə görə bir cinayət təşkil edən bir sıra eyni cinayətkar hərəkətlərdən ibarət olan özgəsinin əmlakını dəfələrlə qanunsuz götürmə və ya talama davam edən qanunsuz götürmə və ya talama hesab edilir. Bir neçə mülkiyyətçiyə məxsus əmlakın eyni vaxtda gizli oğurlanması isə təkrarlıq hesab olunmur.
     
    26. Təqsirli şəxs əvvəllər Cinayət Məcəlləsinin 93-3-cü maddəsinin qeydində göstərilmiş cinayətlərdən birini törətmişsə, həmin cinayətlərə görə onun məhkum edilib-edilmədiyindən asılı olmayaraq, bütün hallarda sonrakı qanunsuz götürmə və ya talama təkrar qanunsuz götürmə və ya talama hesab edilməlidir. Eləcə də törədilmiş əməllərin davam edən cinayət kimi qiymətləndirilə bilməsi halları istisna edilməklə, əmlakın bir mənbədlən və ya müxtəlif mənbələrdən götürülüb-götürülmədiyindən asılı olmayaraq qanunsuz götürmə və ya talama təkrar qanunsuz götürmə və ya talama hesab edilməlidir.
     
    Əvvəllər törədilmiş cinayətə görə məhkumluq təqsirli şəxsin üstündə amnistiya və ya bağışlamaq qaydasında götürülmüşsə, yaxud Cinayət Məcəlləsinin 53-cü maddəsinə müvafiq surətdə ödənilmiş və ya götürülmüşsə, habelə əvvəllər törədilmiş cinayətə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti ötmüşsə,əməl təkrar qanunsuz götürmə və ya talama kimi tövsif oluna bilməz.
     
    27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 1999-cu il 12 yanvar tarixli Qərarının 2-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə yönəlmiş cinayətlər üzrə olan maddələrinin sanksiyalarında əlavə cəza növü kimi nəzərdə tutulan əmlak müsadirəsi yalnız cinayət törədilərkən edilmiş alət və vasitələr, habelə cinayət yolu ilə əldə edilmiş əmlak barəsində tətbiq edilə bilər.
     
    28. Mhkəmələr özgəsinin əmlakının qanunsuz götürülməsi və ya talanmasına dair bütün işlər üzrə mülki iddia vermək hüququnu zərər çəkənlərə izah etməli, mülki iddianın əsaslarını və miqdarını
     
    31. Hazırkı qərarın qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Taxıl, un və taxıl məhsullarının oğurlanması, talan edilməsi və korlanması halları ilə mübarizəni gücləndirmək haqqında» 1963-cü il 29 dekabr tarixli 7 saylı, «Dövlət ticarəti, istehlak kooperasiyası və tikinti sistemlərində dövlət əmlakının və ictimai əmlakın oğurlanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 1978-ci il 26 iyul tarixli 1 saylı, «Kənd təsərrüfatı istehsalı sahəsində və sair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 1979-cu il 28 sentyabr tarixli 6 saylı, «Dövlət əmlakı və ictimai əmlakın mənimsəmə yolu ilə oğurlanması və təsərrüfatsızlığa qarşı mübarizənin gücləndirilməsi yönəldilmiş qanunvericiliyin və SSRİ Ali Məhkəməsinin Plenumunun rəhbər qərarlarının məhkəmələr tərəfindən yerinə yetirilməsi vəziyyəti haqqında» 1985-ci il 30 iyul tarixli 7 saylı, «Aqrar-sənaye birliyi kompleksi sistemində dövlət və ictimai əmlakın oğurlanması ilə əlaqədar cinayət işlərinə respublika məhkəmələri tərəfindən baxılması təcrübəsinin bəzi məsələlərinə dair» 19987-ci il 20 oktyabr tarixli 5 saylı, «Dövlət mülkiyyəti və ictimai mülkiyyət əleyhinə olan cinayət işləri üzrə qanunvericilyin tətbiqi təcrübəsi haqqında» 1995-ci il 16 iyun tarixli 1 saylı və «Xüsusi mülkiyyət əleyhinə olan cinayət işləri üzrə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» 1995-ci il 16 iyun tarixli 2 saylı qərarları qüvvədən düşmüş hesab edilsin.
Baxılıb: 927
Paylaş