Azərbaycan Respublikası Ali Məhkəməsi


"Xuliqanlıq işləriüzrə məhkəmə təcrübəsi haqqında"

Bölmə: Ali Məhkəmə Plenumunun qərarları 3.02.2004 12:35
  •  
    "Xuliqanlıq işləriüzrə məhkəmə təcrübəsi haqqında"
     
    Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun
     
    QƏRARI
     
     
    Bakı şəhəri N1 2004-cü il 23 mart
     
    Azərbaycan Respublikasının 2000-ci il 1 sentyabr tarixdən qüvvədəolan Cinayət Məcəlləsində xuliqanlığa görə məsuliyyət nəzərdə tutan 221-cimaddə əvvəlkindən əhəmiyyətli dərəcədə fərqli olan məzmunda verilmişdir. Həminmaddəyə yeni tövsüfedici əlamətlər əlavə olunmuş, ilk dəfə olaraq qəsdən sağlamlığaağır və az ağır zərər vurma cinayətlərinin xuliqanlıq niyyətilə törədilməsimüvafiq olaraq 126.2.4 və 127.2.3-cü maddələrin tövsüfedici əlamətləri kimiCinayət Məcəlləsinə daxil edilmişdir. Qanunvericilikdə olan yeniliklər, habeləxuliqanlıq cinayətinin obyektiv tərəfinin zəruri əlaməti olan fəal hərəkətlərin bir sıra başqa cinayətlərin də törədilməsinə səbəb olması və bu zaman cinayətlərinideal və ya real məcmuunun yaranması və beləliklə cinayət hüququ rəqabətinin əmələ gəlməsi və s. xuliqanlıq işləri üzrə yeni cinayət qanunun məhkəmələrtərəfindən tətbiqi təcrübəsinin öyrənilməsinə səbəb olmuşdur.
     
    Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticələrinimüzakirə edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qeyd edirki, respublika məhkəmələri tərəfindən bu xarakterli işlərin baxılmasındamaddi və prosessual hüquq normaları əsasən düzgün tətbiq edilsə də məhkəmətəcrübəsində ciddi qanun pozuntuları da mövcuddur.
     
    Xuliqanlıq işləri üzrə vahid məhkəmə təcrübəsinin yaradılmasıqanunların eyni cür və düzgün tətbiq edilməsinin təmin olunması məqsədiləAzərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
     
    QƏRARA ALIR:
     
    1. Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdəpozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya beləzorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəbolur.
     
    İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə vəya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhvedilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməliAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiqolaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur.
     
    2. İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.
     
    İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür.
     
    Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür.
     
    3. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədənailədə,mənzildə,qohumlar arasında,şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə,sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqacinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur.Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimaiqaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndiriləbilər.
     
    4. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.
     
    Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır.
     
    Zor tətbiq etmə ilə hədələmə dedikdə isə zərərçəkmiş şəxsi fizikizor tətbiq ediləcəyi ilə qorxutmaqla onun şüuruna və iradəsinə psixi təsirgöstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə,sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və s. ilə qorxudabilər. Hədənin icra ediləcəyi üçün real əsaslar olmadıqda qeyd olunan hərəkətlərdə Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundantəqsirləndirilən şəxsin zərərçəkəni öldürməklə və ya sağlamlığına ağır zərərvurma ilə hədələməsinə görə əməlinin əlavə olaraq Cinayət Məcəlləsinin 134-cümaddəsilə tövsüf edilməsinə ehtiyac qalmır.
     
    Əmlakı məhv etmək dedikdə mülkiyyət formasından asılı olmayaraq əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması,əmlakın zədələnməsi dedikdə isə ona sonradan bərpa oluna biləcək dərəcədəzərər vurulması başa düşülməlidir.
     
    Bu halda əməlin hüququ tövsüfü xuliqanlıq nəticəsində vurulan maddiziyanın miqdarından asılıdır. Həmin ziyanın miqdarı Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci qeydinə müvafiq olaraq şərti maliyyə vahidinin bir min mislindən az olduqda təqsirləndirilən şəxsin əməli yalnız Cinayət Məcəlləsinin 221-cimaddəsi ilə, ziyanın məbləği xeyli və ya küllü miqdar olduqda, habelə xuliqanlıqgedişində özgənin əmlakı yandırılmaqla, partladılmaqla və ya başqa ümumitəhlükəli üsullarla məhv edildikdə, yaxud zədələndikdə əməl cinayətlərin məcmuyuqaydasında Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə və müvafiq olaraq 186.1-ciyaxud 186.2.1 və ya 186.2.2-ci maddələri ilə tövsüf olunmalıdır.
     
    5. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəlidavranışıdır.
     
    Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsinəməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hərhansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimaiqaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizliketməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə ondahəmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin221-ci maddəsilə tövsüf olunmalıdır.
     
    6. İzah edilsin ki, ictimai qaydanın qorunması üzrə vəzifəsiniyerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyətnümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıqhərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə taməhatə olunduğundan CM-nin digər maddələri ilə əlavə tövsüfə ehtiyac qalmır.
     
    Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyətnümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyətiolan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinəictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıqborcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirakedən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür.
     
    İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyatakeçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər,qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanınqorunması halları başa düşülməlidir.
     
    Xuliqanlıq hərəkətlərinə son qoyulduqdan sonra hakimiyyət nümayəndəsinəonun həyatı və sağlamlığı üçün təhlükəli olmayan fiziki zorun tətbiq edilməsiilə müqavimət göstərmə (məsələn təqsirkarın tutulması ilə əlaqədar) xuliqanlıqcinayətinin tövsüfedici əlaməti kimi qiymətləndirilə bilməz və cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.1 və 315.1-ci maddəsi ilə tövsüfedilməlidir.
     
    7. Xuliqanlıq zamanı hakimiyyət nümayəndəsinə qarşı onun həyatıvə sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə müşayiət olunan müqavimətgöstərildikdə də əməl cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin221.2.2 və 315.2-ci maddələri ilə tövsüf olunmalıdır. Hakimiyyət nümayəndəsiolmayan, lakin xuliqanlıq hərəkətlərinin qarşısını alan şəxsə onun həyatıvə sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilərsə, yenə də əməl cinayətlərinməcmuyu qaydasında Cinayət Məcəlləsinin 221-ci və şəxsiyyətə vurulan zərərin dərəcəsindən asılı olaraq Cinayət Məcəlləsinin 126-cı və ya 127-ci maddələriilə tövsüf olunmalıdır.
     
    8. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilətövsüf edilməsi üçün əsasdır.
     
    9. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür.
     
    10. Xuliqanlıq müvafiq icazəsi olmayan odlu və ya soyuq silahtətbiq edilməsi ilə müşaiət edilməklə törədildikdə təqsirləndirilən şəxsinəməli cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.3-cü və 228-cimaddələri ilə tövsif olunmalıdır.
     
    11.Xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıqhəddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağırnövünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır.Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə xuliqanlığın tövsüfediciəlamətlərinin mövcudluğundan asılı olaraq hər biri müstəqil cinayət kimi tövsüfolunmalıdır.
     
    12. Xuliqanlıq cinayətinin ictimai qaydaya və vətəndaşların rahatlığınaqəsd edən, bəzi hallarda silah tətbiq edilməklə digər daha ağır cinayətlərintörədilməsi ilə nəticələnən təhlükəli və geniş yayılmış cinayət olması nəzərəalınmaqla məhkəmələrin diqqəti xuliqanlığa qarşı cəza tətbiqində mövcudnöqsanların aradan qaldırılması zəruriyyətinə cəlb edilsin.
     
    13. Məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir haldatörədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarınşəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərəalmaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər.
     
    Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsininnəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki,hadisələrin təsadüfü axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadanxuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrininsanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetməyalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan azciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin.
     
     
    S.C.HƏSƏNOVA
    Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri
Baxılıb: 3848
Paylaş