Azərbaycan Respublikası Ali Məhkəməsi

ATƏT-in Demokratik Təsisatlar Ofisinin Azərbaycanda keçiriləcək Prezident seçkisi ilə bağlı müşahidəçilik missiyasını həyata keçirən xanım Tana de Zuluetanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan R. Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşmüşdür
  •        2013-cü il sentyabrın 12-də ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin Azərbaycanda keçiriləcək Prezident seçkisi ilə bağlı müşahidəçilik missiyasını həyata keçirən qrupun rəhbəri xanım Tana de Zuluetanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşmüşdür.
             ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisi nümayəndələrinin Prezident seçkilərində müşahidəçi kimi iştiraklarından məmnunluğunu bildirən Ali Məkəmənin sədri Azərbaycanda seçki təcrübəsinin təkmilləşdirildiyini və ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün lazımı hüquqi bazanın formalaşdırıldığını bildirmişdir.
             Ali Məhkəmənin sədri bu il oktyabrın 9-da keçiriləcək Prezident sekçisi günü məhkəmələrə müraciət edən hər bir seçicinin irad və təklifinə , şikayətinə həssaslıqla yanaşılacağını vurğulamışdır. Ali Məhkəmənin sədri seçki hüquqlarının müdafiəsi, mübahisələrin məkəmə aidiyyatı və bu sahədə məhkəmə təcrübəsi ilə bağlı fikirlərini açıqlamış,  seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat, seçki hüquqlarının müdafiəsi haqqında ərizələrin verilməsi və onlara baxılması qaydaları barədə ətraflı məlumat vermişdir.  
             Görüşdə insan hüquqlarının təmin olunması və Prezident seçkisi ilə bağlı faydalı müzakirə aparılmış, nümayəndə heyətinin üzvlərini maraqlandıran suallara ətraflı cavablar verilmişdir.   

<<  Geri qayıt