Azərbaycan Respublikası Ali Məhkəməsi

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Ali Məhkəmədə olmuşdur
  •  
    Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Hasan Erbilin başçılıq etdiyi nümayəndə heyəti iyunun 12-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
     
    Türkiyə nümayəndə heyətinin üzvləri Ali Məhkəmənin inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışlar.
     
    Ali Məhkəmənin Sədri Ramiz Rzayev qonaqları salamlayaraq bildirmişdir ki, Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətləri bütün sahələrdə, o cümlədən məhkəmə sahəsində də uğurla inkişaf edir. Sədr Azərbaycan və zəngin hüquq ənənələrinə malik qardaş Türkiyənin məhkəmə-hüquq sistemləri arasında işgüzar əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə etmişdir.
     
    R.Rzayev Ali Məhkəmənin yaranma tarixindən, fəaliyyət istiqamətlərindən danışmış, məhkəmədə baxılan işlər barədə qonağa ətraflı məlumat vermişdir.
     
    Hasan Erbil Türkiyədəki məhkəmələrin fəaliyyətindən danışmış, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir.
      
    Dərin tarixi  köklərə malik əlaqələrimizin yüksək səviyyəsindən məmnunluqla danışan Hasan Erbil Azərbaycanın hərtərəfli dinamik inkişaf etdiyini demiş, məhkəmə-hüquq sistemində aparılan islahatları və əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirmişdir.
     
    Görüşdə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə-hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
     
     
     
     
     
     

<<  Geri qayıt