Azərbaycan Respublikası Ali Məhkəməsi

AŞPA-nın Monitorinq Komitəsinin həmsədrləri Ali Məhkəmədə olmuşlar
  •  
    2013-cü il iyunun 12-də ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Şurasına Üzv Dövlətlər tərəfindən Öhdəliklərin yerinə yetirilməsi üzrə Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex, Pedro Aqramunt Fond de Mora və Monitorinq Komitəsi katibliyi rəhbərinin müavini xanım Aqnieşka Naçilo Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.
     
    Görüşdə Monitorinq Komitəsi həmməruzəçilərinin hazırladıqları hesabatla bağlı geniş fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.
     
    Görüşün sonunda Ali Məhkəmənin sədri faydalı fikir mübadiləsinə görə Monitorinq Komitəsinin həmməruzəçilərinə təşəkkürünü bildirmişdir.

<<  Geri qayıt