Azərbaycan Respublikası Ali Məhkəməsi

Ulu Öndərin 90 illik yubileyi ilə əlaqədar Ali Məhkəmədə elmi-praktik konfrans keçirilmişdir
  • 26 aprel 2013-cü ildə Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçirilmişdir.
    Konfransda Ali Məhkəmənin sədri Ramiz Rzayev Ulu öndərin həyat və fəaliyyəti ilə əlaqədar məruzə etmişdir. Ali Məhkəmənin sədri Heydər Əliyevin şərəfli ömür yolunun müxtəlif mərhələlərindən, onun dünya miqyasında böyük siyasətçi, müstəqil, demokratik Azərbaycan dövlətinin qurucusu, milli-mənəvi dəyərlərin müdafiəçisi, paklıq və mənəvi təmizliyin təcəssümü kimi xüsusiyyətlərindən bəhs edərək, qazandığı ümümxalq məhəbbətini məhz xalqına, vətəninə, torpağına tükənməz sevgisi, məqsədi, amalı, xalqının xoşbəxt və işıqlı gələcəyi uğrunda mübarizədə heç bir çətinlikdən qorxmadan fədakarcasına fəaliyyət göstərməsi ilə əlaqələndirmişdir.
    Məruzəçi qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanmış, 1995-ci ilin noyabrında ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyətinin mənbəyinin xaıq olmasını rəsmiləşdirməklə demokratik hüquqi dövlət quruculuğunun, məhkəmə-hüquq sisteminin əsaslarını, insan hüquq və azadlıqlarının müdafıəsi və təmini üçün hüquqi bazanı müəyyənləşdirmişdir. Konstitusiyada ifadəsini tapan bir çox müddəalar məhz Heydər Əliyevin ideya, hüquqi və fəlsəfi baxışlarının təzahürü olmaqla uzun illər demokratik Azərbaycan dövlətinin inkişafı və çiçəklənməsinə, xalqın firəvan həyatına, hər bir Azərbaycan vətəndaşının azad, təminatlı gələcəyinə xidmət edəcəkdir.
    Ümummilli liderin məhkəmə hakimiyyətinin demokratik dövlət hakimiyyətinin müstəqil qolu kimi bərqərar olması və inkişafı sahəsində islahatların həyata keçirilməsi, məhkəmə hakimiyyətinin gerçəkliyə həqiqi təsir göstərmək imkanının təmini, insanların hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin realılığa çevrilməsi üçün tövsiyə və göstərişləri uğurla həyata keçirilmişdir. Hazırda ölkədə üçpilləli məhkəmə sistemi müvəffəqiyyətlə fəaliyyət göstərir, vətəndaşlar üçün məhkəməyə çatımlılığın təmini məqsədilə bölgələrdə apellyasiya və ağır cinayət məhkəmələri yaradılmış, inzibati məhkəmələr fəaliyyətə başlamış, hakim korpusu dünya standartlarına cavab verən şəffaf metodlar əsasında formalaşdırılır, məhkəmələrin normal fəaliyyəti üçün maddi-texniki baza yaradılmışdır. Məruzəçi bu sahədə qazanılmış uğurları məhz Ulu öndərin məhkəmə hüquq sistemində islahatlara, bu sahədə inkişafa verdiyi önəmlə bağlı olduğunu vurğulamışdır.
    Ali Məhkəmənin sədri ümummilli lider Heydər Əliyevin amallarının xalqın gündəlik fəaliyyətində və düşüncvəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqiyə inamla aparan, dahi rəhbərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulamışdır.
     Konfransda çıxış edənlər müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin fəaliyyətinin ayrı-ayrı mərhələləri haqqında danışmış, xatirələrini söyləmiş, onun irsinin daim yaşayacağını bildirmişlər.
    Konfransın sonunda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir.
     
     
     
     
     
     
     
     
     
     
     

<<  Geri qayıt