Azərbaycan Respublikası Ali Məhkəməsi

Avropa Şurası Venesiya Komissiyasının üzvləri Ali Məhkəmədə olmuşlar
  • 2013-cü il aprelin 11-də Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyev və Mülki Kollegiyasının sədri Şəlalə Məmmədova Azərbaycanda səfərdə olan Avropa Şurası Venesiya Komissiyasının üzvləri ilə görüşmüşlər.
    Görüşdə Azərbaycan məhkəmə hüquq sistemi ilə Venesiya Komissiyası arasındakı əməkdaşlıqdan söhbət getmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Azərbaycan Avropa Şurasına tam hüquqlu üzv olduqdan sonra götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Ali Məhkəmə öz fəaliyyətində beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşır, Venesiya Komissiyasının tövsiyyələrini nəzərə alır. İnsan hüquq və azadlıqlarının daha təkmil qorunması qorunması istiqamətində bütün zəruri addımlar atılır.
    Avropa Şurası Venesiya Komissiyasının üzvü Herdis Torgeirsdottir səmimi görüş üçün təşəkkürünü bildirmişdir.

      Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


<<  Geri qayıt