Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin Rusiyaya səfəri
  •             Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev 2013-cü il fevralın 21-də keçirilən Rusiya Federasiyası Ali Məhkəməsinin 90 illik yubiley tədbirlərində iştirak etmək üçün Mockva  şəhərində səfərdə olmuşdur.
     
              Təntənəli yığıncaqda  Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin çıxış etmişdir.  O, Rusiya Federasiyası Ali Məhkəməsinin ictimai həyatdakı rolundan danışmışdır.
     
          Təntənəli yığıncaqda Rusiya Federasiyası Ali Məhkəməsinin sədri Veçeslav Lebedev məruzəsi dinlənilmişdir. O, Rusiya Federasiyası Ali Məkəməsinin yaranma tarixi və keçdiyi inkişaf yolundan, demokratik cəmiyyət quruculuğu sahəsindəki fəaliyyətindən söhbət açmışdır.  
     
           Səfər çərçivəsində Azərbaycan Ali Məhkəməsinin sədri görüşlərdə və söhbətlərdə məhkəmə hüquq sahəsində respublikamızda həyata keçirilən tədbirlər, MDB ölkələri ilə əlaqələr barədə məlumat vermişdir.
     
              Tədbir iştirakçıları Rusiya Federasiyası Ali Məkəməsinin muzeyi ilə tanış olmuş, tarixi eksponatlara baxmışlar.

<<  Geri qayıt