Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycanda Avropa kontinental məhkəmə sistemi tətbiq olunur

Bölmə: Xəbərlər 2.02.2011 12:35
  • Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt fevralın 1-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər. 
    Görüşdə R.Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycanda Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Hər həftə Ali Məhkəmədə keçirilən seminarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının presedent hüququ öyrənilir. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır. 
    Monitorinq Komitəsinin həmməruzəçiləri səfərin məqsədi, Azərbaycanın Avropaya inteqrasiyası, məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşmüşlər. 
    R.Rzayev həmməruzəçilərin suallarını cavablandırmışdır. 

Baxılıb: 10
Paylaş