Azərbaycan Respublikası Ali Məhkəməsi

AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏLƏRİNİN SƏDRLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
  •  
    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
     
    1. Aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin sədri vəzifəsinə təyin edilsinlər:
     
    Bakı şəhərinin rayon məhkəmələri üzrə:
     
    Hacıyev Sədrəddin Abuzər oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri
     
    Ağayev İlham Barat oğlu - Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin sədri
     
    Paşayev Tofiq Temir oğlu - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri
     
    Mikayılov Adil Hacı oğlu - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin sədri
     
    Tağıyev Nazim Hüsü oğlu - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri
     
    Qafarov Ağamalı Məmməd oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sədri
     
    Əkbərov Məhəmməd Hüseyn oğlu - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sədri
     
    Abbasov İlqar Eyvaz oğlu - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sədri
     
    Kazımov Araz Nurəddin oğlu - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri
     
    Cəfərov Ələddin Adil oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri
     
    Rayon (şəhər) məhkəmələri üzrə:
     
    Səmədov Əşir Rəşid oğlu - Abşeron Rayon Məhkəməsinin sədri
     
    Cəbiyev Elnur Muxtar oğlu - Astara Rayon Məhkəməsinin sədri
     
    Quliyev Nizami Fərzi oğlu - Bərdə Rayon Məhkəməsinin sədri
     
    Hacıyev Qurban Hamid oğlu - Əli Bayramlı Şəhər Məhkəməsinin sədri
     
    Fəttahov İbrahim Bağır oğlu - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri
     
    Tağıyev Əli Yunis oğlu - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin sədri
     
    Süleymanov Elxan Xasay oğlu - Göyçay Rayon Məhkəməsinin sədri
     
    Paşayev Əlövsət Bəhrəm oğlu - Xaçmaz Rayon Məhkəməsinin sədri
     
    Ləzimov Sulduz Paşa oğlu - Kürdəmir Rayon Məhkəməsinin sədri
     
    Nuriyev İlham Qubad oğlu - Qazax Rayon Məhkəməsinin sədri
     
    Pənahov Füzuli Novruzəli oğlu - Quba Rayon Məhkəməsinin sədri
     
    Əkbərov Mübariz Dosməmməd oğlu - Lənkəran Rayon Məhkəməsinin sədri
     
    Əfəndiyev Fərhad Məmməd oğlu - Mingəçevir Şəhər Məhkəməsinin sədri
     
    İbrahimov Elməddin Eylas oğlu - Neftçala Rayon Məhkəməsinin sədri
     
    Əzizov Həmid Novruz oğlu - Salyan Rayon Məhkəməsinin sədri
     
    Hüseynov Zeyqəm Hüseyn oğlu - Sumqayıt Şəhər Məhkəməsinin sədri
     
    Nuriyev Mehman Bağış oğlu - Şəki Rayon Məhkəməsinin sədri
     
    Baxşıyev Qafil Yavər oğlu - Şəmkir Rayon Məhkəməsinin sədri
     
    Məmmədov Könül Cəlal oğlu - Tovuz Rayon Məhkəməsinin sədri
     
    Abbasov Qələmdar Ələmdar oğlu - Yevlax Rayon Məhkəməsinin sədri
     
    Qasımov Zabil Bəhmən oğlu - Zaqatala Rayon Məhkəməsinin sədri
     
    Birinci instansiya ixtisaslaşdırılmış məhkəmələri üzrə:
     
    Yerli iqtisad məhkəmələri üzrə:
     
    Hüseynov Müseyib Abbas oğlu - 1 saylı Bakı yerli iqtisad məhkəməsinin sədri
     
    Rzayev Rəşid Şükür oğlu - 2 saylı Bakı yerli iqtisad məhkəməsinin sədri
     
    Zərbəliyev Zərbəli Şirinbala oğlu - Gəncə yerli iqtisad məhkəməsinin sədri
     
    Hərbi məhkəmələr üzrə:
     
    Həsənov Həbib Bəhram oğlu - Bakı Hərbi Məhkəməsinin sədri
     
    Nəsirov Vidadi Zahid oğlu - Ağdam Hərbi Məhkəməsinin sədri
     
    Bəşirov Kamil Sücəddin oğlu - Füzuli-Qubadlı Hərbi Məhkəməsinin sədri
     
    Quliyev Xıdır İnqilab oğlu - Gəncə Hərbi Məhkəməsinin sədri
     
    Əliyev Natiq Mürsəl oğlu - Qazax Hərbi Məhkəməsinin sədri
     
    2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
     
     
    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti.
    Bakı şəhəri, 28 iyul 2007-ci il.

<<  Geri qayıt