Azərbaycan Respublikası Ali Məhkəməsi

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ALİ MƏHKƏMƏSİNİN SƏDR MÜAVİNİNİN, KOLLEGİYA SƏDRLƏRİNİN VƏ BƏZİ MƏHKƏMƏLƏRİNİN SƏDRLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
  • Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
     
    1. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədr müavini, kollegiya sədrləri və məhkəmə sədrləri vəzifələrinə aşağıdakı hakimlər təyin edilsinlər:
     
    Cəfərov İlham Məmməd oğlu - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini
     
    Nəsibov Hafiz Qənbər oğlu - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının sədri
     
    Nəbiyev Hüseyn Əmir oğlu - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının sədri
     
    Cəfərov Mahmud Məhəmməd oğlu - Ağır Cinayətlərə Dair İşlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin sədri
     
    Əliyev Qasım Vəli oğlu - Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri
     
    2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
     
     
    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti.
    Bakı şəhəri, 28 iyul 2007-ci il.

<<  Geri qayıt