Azərbaycan Respublikası Ali Məhkəməsi

BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİNİN HAKİMİ T.A.ZEYNALOVUN HAKİM SƏLAHİYYƏTLƏRİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
  • Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:
     
    Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Tamerlan Arif oğlu Zeynalovun ərizəsinə əsasən hakim səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.
     
     
    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti.
    Bakı şəhəri, 6 avqust 2008-ci il.

<<  Geri qayıt