Azərbaycan Respublikası Ali Məhkəməsi

AZƏRBAYCAN RESPUBLİKASININ HAKİMLƏRİNƏ, ƏDLİYYƏ ORQANLARININ ƏMƏKDAŞLARINA VƏ MƏHKƏMƏ-HÜQUQ ŞURASININ ÜZVLƏRİNƏ “AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR HÜQUQŞÜNASI” FƏXRİ ADININ VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
  • Məhkəmə və ədliyyə orqanlarında uzun müddət işlədiklərinə, məhkəmə-hüquq islahatlarının, ədalət mühakiməsinin həyata keçirilməsi üzrə səmərəli fəaliyyətlərinə və Məhkəmə-Hüquq Şurasının işinə əhəmiyyətli töhfələrinə görə aşağıdakı şəxslərə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı verilsin:
     
    Cəfərov Azər Məmməd oğlu -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi, Məhkəmə-Hüquq Şurasının üzvü
     
    Hidayev Şahmurad Əzizağa oğlu -Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi
     
    Məmmədov Fikrət Fərrux oğlu - Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri
     
    Məmmədov Qail Fazil oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi
     
    Məmmədova Şəlalə Ağakərim qızı - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü
     
    Rzayev Ramiz Yaqub oğlu - Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü
     
     
    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti/
    Bakı şəhəri, 21 noyabr 2008-ci il.

<<  Geri qayıt