Azərbaycan Respublikası Ali Məhkəməsi

ƏLİ BAYRAMLI APELLYASİYA MƏHKƏMƏSİ HAKİMLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
  •  
    Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 132-ci maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
     
    I. Aşağıdakı şəxslər Əli Bayramlı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
     
    Ağayev Valeh Məhəmməd oğlu,
    Əhmədov Əhməd Abbas oğlu,
    Əsgərov Qürbət Ağa oğlu,
    Hüseynova Təranə Talış qızı,
    Kərimov Fərhad Abdulkərim oğlu,
    Nurməmmədov Əhməd Güləhməd oğlu,
    Süleymanov Saleh Ocaqverdi oğlu.
     
    II. Bu qərarın I hissəsində göstərilən hakimlərin səlahiyyət müddəti Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun keçid müddəalarının 7-ci və 8-ci bəndlərinə uyğun müəyyən edilir.
     
    III. Bu qərar 2007-ci il iyulun 16-dan qüvvəyə minir.
     
    O.Əsədov
    Azərbaycan Respublikası Milli Məclisinin Sədri
    Bakı şəhəri, 16 iyun 2007-ci il.

<<  Geri qayıt