Azərbaycan Respublikası Ali Məhkəməsi

SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ HAKİMLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
  • Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 132-ci maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
     
    I. Aşağıdakı şəxslər Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
     
    Cavadov Yusif Vəli oğlu,
    Həmidov Həmid Üzeyir oğlu,
    Həsənov İlham Məmmədcəfər oğlu,
    İsgəndərov Rasim Soltan oğlu,
    Kərimov İkram Heydər oğlu,
    Nəsibov Nazim Məcid oğlu,
    Zeynalov Mübariz Hüseyn oğlu.
     
    II. Bu qərarın I hissəsində göstərilən hakimlərin səlahiyyət müddəti Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun keçid müddəalarının 7-ci və 8-ci bəndlərinə uyğun müəyyən edilir.
     
    III. Bu qərar 2007-ci il iyulun 16-dan qüvvəyə minir.
     
    O.Əsədov
    Azərbaycan Respublikası Milli Məclisinin Sədri
    Bakı şəhəri, 16 iyun 2007-ci il.

<<  Geri qayıt