Azərbaycan Respublikası Ali Məhkəməsi

AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ HAKİMLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
  • Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 131-ci maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
     
    Aşağıdakı şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:
     
    Hüseynov Azər Soltanhəmid oğlu,
    Mahmudov Tapdıq Şükür oğlu,
    Rəsulbəyova Nigar İmran qızı,
    Yusifov Şahin Yaşar oğlu.
     
    II. Bu qərarın I hissəsində göstərilən hakimlərin səlahiyyət müddəti Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun keçid müddəalarının 7-ci və 8-ci bəndlərinə uyğun müəyyən edilir.
     
    III. Bu qərar 2007-ci il iyulun 16-dan qüvvəyə minir.
     
    O.Əsədov
    Azərbaycan Respublikası Milli Məclisinin Sədri
    Bakı şəhəri, 16 iyun 2007-ci il.

<<  Geri qayıt