Azərbaycan Respublikası Ali Məhkəməsi

Ə.M.Rüstəmovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı
  • Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
    1. Əli Məhəmməd oğlu Rüstəmov Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.
    2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.


    O.Əsədov
    Azərbaycan Respublikası
    Milli Məclisinin Sədri


    Bakı şəhəri, 28 oktyabr 2014-cü il.


<<  Geri qayıt