Azərbaycan Respublikası Ali Məhkəməsi

Apa.az: Azərbaycanın xarici işlər naziri Avropa İnsan Hüquqları Məhkəməsinin sədrini qəbul edib
  • Bakı - APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Dan Şpilmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Bakıda keçirilən “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda konfransın əhəmiyyəti qeyd olunub və Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığa aid məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

    http://az.apa.az/news/359793


<<  Geri qayıt