Azərbaycan Respublikası Ali Məhkəməsi

Azadinform.az: “Avropa Konvensiyası ilə bağlı öhdəlik üzərinə götürən tərəflər vətəndaşlarının əsas azadlıqlarını təmin etməlidir”
  • Samir Soltanov/AZADİNFORM. “İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Avropa Konvensiyası ilə bağlı öhdəlik üzərinə götürən tərəflər vətəndaşlarının əsas azadlıqlarını təmin etməlidir”. 

    AZADİNFORM  xəbər verir ki, bunu “İnsan Hüquqları və əsas Azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Avropa İnsan Haqları Məhkəməsinin sədri Din Şpilman bildirib. Məhkəmə sədrinin sözlərinə görə, bu, çox vacib və əhəmiyyətli olan bir tələb və qaydadır: “Xüsusilə də əgər biz Konvensiyanın ölkə daxilində tətbiqindən danışırıqsa, daxili məhkəmələr baxımından da bu qaydaların tətbiqi müstəsna əhəmiyyət kəsb edir. Müxtəlif vasitələrdən istifadə edən Avropa İnsan Hüquqları Məhkəməsi ölkələrdə həmin struktur xarakterli çatışmazlıqların aradan götürülməsinə dair pilot, sınaq xarakterli tövsiyələr, qərarlar çıxarılır. Statistikaya nəzər salsaq, görərik ki, Avropa Məhkəməsində məhkəmə işlərinin sayı azalıb. Lakin bu məsələ hələ də diqqət mərkəzindədir. Çünki bəzi işlərə daha çox vaxt tələb olunur, hakimlərin yükünün yenə azalmasına ehtiyac var. Xüsusilə dövlətlərlə təmaslarda Avropa İnsan Hüquqların Məhkəməsinin çıxardığı qərarlar, verilən tövsiyələrin ədalətli olmasına çalışmalıyıq.  Bu, həm də Avropa Şurası Nazirlər Komitəsinin üzərinə düşən bir roldur. Sabah səhər konfrans çərçivəsində son sessiyada hakimlər arasında dialoq barədə danışacağıq”.

    http://www.azadinform.az/news/a-79648.html


<<  Geri qayıt