Azərbaycan Respublikası Ali Məhkəməsi

Azadinform.az: Fuad Ələsgərov: “Avropa Məhkəməsinin səmərəliyinin artırılması istiqamətində yeni yanaşmaları dəstəkləyirik”
  • Samir Soltanov/AZADİNFORM. “Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu mövzusunda beynəlxalq konfransın iştirakçılarına Prezident İlham Əliyevin salamlarını çatdırmaq istərdim”.

    AZADİNFORM  xəbər verir ki, bunu “İnsan Hüquqları və əsas Azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib. F. Ələsgərov qeyd edib ki, Azərbaycan Prezidenti Avropa Şurası Parlament Assambleyasının 2014-cü il iyun sessiyası zamanı çıxış edərkən Azərbaycan sədrlik predmetlərini təyin edib: “Bunlar korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq vasitəsilə qanunun aliliyini genişləndirməsi, mədəniyyət baxımından fərqli cəmiyyətlərin qarşılıqlı hörmət və anlaşma əsasında konselekasiyası, sosial birliyin İnsan hüquq və azadlıqlarının təmin edilməsi, gənclərin İnsan hüquqları və demokratiya məsələləri üzrə maarifləndirilməsidir. Bu günkü konfrans Azərbaycan Respublikasının Avropa Şurasının sədrliyi çərçivəsində keçirilən çoxsaylı tədbirlərdən biri olaraq, dövlətimizin Avropa Konvensiyasına və Avropa Məhkəməsinin fəaliyyətinə xüsusi önəm verdiyini bir daha sübut edir. Azərbaycanın sədrliyi dövrdə keçirdiyimiz konfranslar, seminarlar və təqdimatlar Avropa dəyərlərinin geniş yayılması və üzv dövlətlərin Azərbaycanla yaxından tanış olması üçün xüsusi əhəmiyyət kəsb edir. Biz Avropa Məhkəməsinin səmərəliyinin artırılması istiqamətində yeni yanaşmaları və Avropa Konvensiyasının dəyərlərinin geniş yayılmasını dəstəkləyirik.

    http://www.azadinform.az/news/a-79647.html


<<  Geri qayıt